Tarix:13/03/12
Söhbət zamanı nazir Əli Abbasov "Connect" Ərəb Sammiti 2012"-də Qatarın Emiri, Şeyx Həmin bin Xəlifə Al Thaninin iştirakını İKT sektoruna göstərilən diqqətin təzahürü kimi qiymətləndirib.
Nazirin fikrincə, bu görüş həm də Ərəb Dünyasının informasiya texnologiyalarının inkişafına yatırılan investisiyaların həcminin artırılmasına zəmin yaradır.
Azəbaycanla Qatar arasındakı ikitərəfli münasibətlərə gəlincə, Ə.Abbasov bu əlaqələrin günbəgün inkişaf etməkdə olduğunu vurğulayıb: "Əməkdaşlıq əlaqələri son bir neçə ildə daha da inkişaf etmiş və turizm sahəsinə də nüfuz etmişdir."Qatar Airways" şirkəti tərəfindən Dohadan Bakı şəhərinə birbaşa marşrutun açılmasını xüsusi qeyd etmək istəyirəm".
Cənab Əli Abbasov iki tərəfli münasibətlərdən danışaraq, həmçinin hökumətlərin İKT sahəsində yeni müqavilə üzərində işlədiyini vurğulayıb.
Nazir müsahibəsində ölkəmizin "Connect" sammitində iştirakına da toxunub. Onun sözlərinə görə, Azərbaycanın sammitdə iştirakında məqsəd bu sektora daha çox investisiya cəlb etmək, xüsusilə xarici sərmayənin cəlb olunması üzrə qazandığı təcrübəni Ərəb ölkələri ilə bölüşməkdən ibarətdir.
Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən də danışan nazir hazırda respublikada "Ərəb İKT Magistralı"nın analoqu olan beynəlxalq İKT layihəsini reallaşdırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb.
Ə.Abbasovun sözlərinə görə, "Trans -Avrasiya Super İnformasiya Magistralı" (TASİM) adlanan bu layihə 2009-cu ilin 21 dekabr tarixində BMT-nin Baş Assambleyasında beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmişdi. Layihənin məqsədi Qərb (Birləşmiş Ştatlar və Avropa) və Asiya Sakit Okeanı regionu arasında informasiya boşluğunun aradan qaldırmaqdır: "Bu layihə regionda yeni şəbəkələrin yaradılması vasitəsilə mümkün olacaq, qeyri-qərb istifadəçiləri üçün daha çox internet trafikini təmin edəcək, eləcə də daha çox milli kontentin hazırlanmasına imkan verəcək.
Körfəz ölkələri də Qərb və Asiya Sakit Okeanı arasında yerləşdikləri üçün adı çəkilən layihədə iştirak edə biləcəklər. Bundan başqa, Almaniyadan Oman Sultanlığına qədər informasiya magistralının yaradılması üçün yeni İKT layihəsi də nəzərdə tutulur. Bu layihənin məqsədi xüsusilə Asiya ilə Avropa arasında rəqəmsal boşluğun aradan qaldırılması, eləcə də həmin regiondan daha çox kontentin təmin edilməsi olacaq".
Müsahibəsində Azərbaycanda beş il əvvəl "Elektron-hökumət" xidmətlərinin qurulmasına başlandığından da söz açan nazir Ərəb ölkələrini də bu təcrübədən bəhrələnməsini labüd sayıb. Onun sözlərinə görə "Elektron hökumət" şəffaflığa, hökumətin məhsuldarlığının artmasına, kiçik və orta sahibkarlar üçün yeni imkanlara, həmçinin korrupsiyanın azalmasına şərait yaradır.
Ə.Abbasov Azərbaycanın bundan sonra da İKT sektorunun ölkədə inkişafının əsas prioritet sahəsi olaraq qalacağını da vurğulayıb: "2012-ci ilin sonunda yeni peykin buraxılması, 2020-ci ilə kimi ali texniki təhsilin keyfiyyətinin kəskin artırılması və bu kimi layihələrin reallaşması nəzərdə tutulub. Yeni layihələr Azərbaycan Prezidenti İlham Əliyevin "kosmosda, quruda və suda inkişafa nail olmaq"la bağlı irəli sürdüyü fəlsəfənin bir hissəsidir."
Əli Abbasov: “Connect” Ərəb Sammiti regionun iqtisadi inkişafına bir töhfədir”
Xəbər verdiyimiz kimi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Connect 2012" ərəb sammitində iştirak etmək üçün Qatarın paytaxtı Dohada rəsmi səfərdə olub. Sammit çərçivəsində bir sıra mühüm görüşlər keçirən nazir "Qatar Nyus" Agentliyinə də müsahibə verib.Söhbət zamanı nazir Əli Abbasov "Connect" Ərəb Sammiti 2012"-də Qatarın Emiri, Şeyx Həmin bin Xəlifə Al Thaninin iştirakını İKT sektoruna göstərilən diqqətin təzahürü kimi qiymətləndirib.
Nazirin fikrincə, bu görüş həm də Ərəb Dünyasının informasiya texnologiyalarının inkişafına yatırılan investisiyaların həcminin artırılmasına zəmin yaradır.
Azəbaycanla Qatar arasındakı ikitərəfli münasibətlərə gəlincə, Ə.Abbasov bu əlaqələrin günbəgün inkişaf etməkdə olduğunu vurğulayıb: "Əməkdaşlıq əlaqələri son bir neçə ildə daha da inkişaf etmiş və turizm sahəsinə də nüfuz etmişdir."Qatar Airways" şirkəti tərəfindən Dohadan Bakı şəhərinə birbaşa marşrutun açılmasını xüsusi qeyd etmək istəyirəm".
Cənab Əli Abbasov iki tərəfli münasibətlərdən danışaraq, həmçinin hökumətlərin İKT sahəsində yeni müqavilə üzərində işlədiyini vurğulayıb.
Nazir müsahibəsində ölkəmizin "Connect" sammitində iştirakına da toxunub. Onun sözlərinə görə, Azərbaycanın sammitdə iştirakında məqsəd bu sektora daha çox investisiya cəlb etmək, xüsusilə xarici sərmayənin cəlb olunması üzrə qazandığı təcrübəni Ərəb ölkələri ilə bölüşməkdən ibarətdir.
Azərbaycanda həyata keçirilən nəhəng layihələrdən də danışan nazir hazırda respublikada "Ərəb İKT Magistralı"nın analoqu olan beynəlxalq İKT layihəsini reallaşdırılması istiqamətində işlərin görüldüyünü vurğulayıb.
Ə.Abbasovun sözlərinə görə, "Trans -Avrasiya Super İnformasiya Magistralı" (TASİM) adlanan bu layihə 2009-cu ilin 21 dekabr tarixində BMT-nin Baş Assambleyasında beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmişdi. Layihənin məqsədi Qərb (Birləşmiş Ştatlar və Avropa) və Asiya Sakit Okeanı regionu arasında informasiya boşluğunun aradan qaldırmaqdır: "Bu layihə regionda yeni şəbəkələrin yaradılması vasitəsilə mümkün olacaq, qeyri-qərb istifadəçiləri üçün daha çox internet trafikini təmin edəcək, eləcə də daha çox milli kontentin hazırlanmasına imkan verəcək.
Körfəz ölkələri də Qərb və Asiya Sakit Okeanı arasında yerləşdikləri üçün adı çəkilən layihədə iştirak edə biləcəklər. Bundan başqa, Almaniyadan Oman Sultanlığına qədər informasiya magistralının yaradılması üçün yeni İKT layihəsi də nəzərdə tutulur. Bu layihənin məqsədi xüsusilə Asiya ilə Avropa arasında rəqəmsal boşluğun aradan qaldırılması, eləcə də həmin regiondan daha çox kontentin təmin edilməsi olacaq".
Müsahibəsində Azərbaycanda beş il əvvəl "Elektron-hökumət" xidmətlərinin qurulmasına başlandığından da söz açan nazir Ərəb ölkələrini də bu təcrübədən bəhrələnməsini labüd sayıb. Onun sözlərinə görə "Elektron hökumət" şəffaflığa, hökumətin məhsuldarlığının artmasına, kiçik və orta sahibkarlar üçün yeni imkanlara, həmçinin korrupsiyanın azalmasına şərait yaradır.
Ə.Abbasov Azərbaycanın bundan sonra da İKT sektorunun ölkədə inkişafının əsas prioritet sahəsi olaraq qalacağını da vurğulayıb: "2012-ci ilin sonunda yeni peykin buraxılması, 2020-ci ilə kimi ali texniki təhsilin keyfiyyətinin kəskin artırılması və bu kimi layihələrin reallaşması nəzərdə tutulub. Yeni layihələr Azərbaycan Prezidenti İlham Əliyevin "kosmosda, quruda və suda inkişafa nail olmaq"la bağlı irəli sürdüyü fəlsəfənin bir hissəsidir."
Baxış sayı: 944
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- RASİM ƏLİQULİYEV: “Yerətrafı orbitdə milli peykimizin olması həm də qürur mənbəyidir”
- Elektron müraciətlər dövlətin vətəndaşlarla ünsiyyətinin müasir formasıdır
- Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”
- Müşfiq Əmirov: “Jurnalistlər və mətbuat xidmətlərinin rəhbərləri bir-birinə hörmətlə yanaşmağı bacarmalıdırlar”
- “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
- Professor Şəmsəddin Hacıyev: “Universitetimizdə iqtisadi təhsilin innovasiya modeli müvəffəqiyyətlə reallaşıb”
- Rektor C.Cəfərov: “Turizm sektorunun inkişafını informasiya texnologiyaları olmadan təsəvvür etmək çətindir”
- Azərbaycanın telekomunikasiya sistemində yeniliklər
- Əli Həsənov: İranda keçirilən görüşlərdə qarşılıqlı anlaşma və bir-birinin daxili işinə müdaxilə etməmək kimi ortaq nöqtələr tapıldı
- İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ARDNŞ-in əsas prioritetlərindəndir
- 2011-ci il Azərbaycanın İKT sektoru üçün uğurlu il hesab oluna bilər - nazir
- İlham Əliyev: “Bu gün Azərbaycanda müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir”
- BTİ-nin Baş katibi Həmədun Ture: “İKT inkişafı baxımından Azərbaycanın liderliyi nümunə göstərilir”.
- Müşfiq Əmirov: “Mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan rahatlıqla istifadəsinə şərait yaradacaq”
- Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”