12px13px15px17px
Tarix:06/09/11

Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkmənistanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Toylu Komekovla görüşüb.

Görüşdə hər iki ölkə arasında İKT sektoru üzrə həyata keçirilən işlər, o cümlədən rabitə infrastrukturlarının mövcud vəziyyəti, qarşılıqlı əlaqələrin prioritetləri müzakirə edilib.

Səfir Toylu Komekov Azərbaycanda informasiya texnologiyalarının inkişafını yüksək qiymətləndirib və bildirib ki, bu inkişaf region ölkələri üçün nümunədir.

T.Komekov ölkələrarası əməkdaşlığın İKT sahəsində əlaqələrinin daha da genişləndirilməsinə zəmin yaradacağına və səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Daha sonra o, Azərbaycanın təşəbbüsü ilə 2009-cu ildə BMT-nin Baş Assambleyasında xüsusi qətnamə ilə qəbul edilmiş “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə də Türkmənistanın ciddi maraq göstərdiyini vurğulayıb.

Eyni zamanda, o gələcəkdə hər iki ölkə arasında TAE-nin (Trans-Asia-Europe ) Xəzər seqmentinin reallaşması istiqamətində birgə səylərin artırılacağına əmin olduğunu xüsusi qeyd edib.

Səfir Aşqabatda “Türkməntel” beynəlxalq sərgi konfransında Azərbaycan Rabitə Administrasiyasının və şikətlərin iştirak edəcəyinə dair RİTN-nin kömək göstərməsini xahiş edərək öz növbələrində ölkələrinin rabitə administrasiyasının və şirkətlərinin “Bakutel -2011” sərgisində iştirak edəcəyini bildirib.

Görüşdə qeyd edilmişdir ki, artıq hər iki ölkə arasında müvafiq nazirliklər səviyyəsində genişlənən münasibətlər fonunda sahə üzrə hökumətlərarası sazişin imzalanması istiqamətində işlər aparılmalıdır.



Baxış sayı: 2923

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024