12px13px15px17px
Tarix:23/11/11

BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BMT-nin Avropa İttifaqı Komissiyasının icraçı katibi Yan Kubişlə görüşmüşdür.

Nazir Əli Abbasov «BakuTel» sərgisində iştirakına görə icraçı katibə minnətdarlığını bildirmiş, BMT-nin Avropa İttifaqı Komissiyası ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırmışdır.

Görüşdə «İnnovasiyalar üzrə fəaliyyətin icmalı» layihəsi haqqında məlumat verən Yan Kubiş bildirmişdir ki, bu layihədə BMT-nin Avropa İttifaqı Komissiyası və beynəlxalq ekspertlər müvafiq ölkələrə araşdırmalar apararaq lazımi tövsiyələr verir.

Y.Kubiş Azərbaycanda 2013-ci ildə belə bir pilot-layihənin hazırlanmasının məqsədəuyğun olduğunu bildirmişdir.

Görüş çərçivəsində əsas məqsədi region ölkələrinin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmanın təşviq edilməsi, birgə səylərlə daha effektiv həll ediləcək prioritet məsələlərin maliyyələşdirilməsi olan BMT-nin “SPECA” (BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramı ) proqramı çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

Bundan başqa, BMT-nin Avropa İttifaqı Komissiyasının “Dövlət-özəl tərəfdaşlıq”ı istiqamətində fəaliyyətə başlaması məsələsi də müzakirə olunmuşdur.

BMT-nin Avropa İttifaqı Komissiyasının üzv ölkələrində informasiya texnologiyaları üzrə yaradılan regional mərkəzlərin əhəmiyyətindən bəhs edən Yan Kubiş belə bir mərkəzin Azərbaycanda yaradılmasının faydalı olacağını qeyd etmişdir.

Öz növbəsində nazir Əli Abbasov ölkəmizin bu layihəni dəstəklədiyini və layihənin icrası istiqamətində həyata keçirilən bütün işlərə lazımi köməyin göstəriləcəyini qeyd etmişdir.

“BakuTel-2011” 17-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində sabah Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin Avropa İttifaqı Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə “UNECE”-nin “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransının və BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) “Biliklərə əsaslanan inkişaf” layihəsi üzrə İşçi Qrupunun 4-cü iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan tərəflər bu konfransların konkret layihələrin Azərbaycana gətirilməsini stimullaşdıracağını bildirmişlər.



Baxış sayı: 2480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Noyabr 2024

06 11 2024