İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Rumıniya Rabitə və informasiya cəmiyyəti naziri Valerian Vremenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, gələcək perspektivlər və investisiya yatırımları ilə bağlı məsələlər müzakirə olunmuşdur. Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq ölkəmizdə sektor üzrə həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Son illər nazirliyin beynəlxalq əlaqələrinin daha da genişləndiyini bildirən nazir Rumıniya və Azərbaycan arasında İKT sektoru üzrə qarşılıqlı maraqlara xidmət edən yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin qurulmasının məqsədəuyğun olduğunu bildirmişdir.
Nazir qeyd etmişdir ki, tərəflər intensiv ticarət əlaqələri üçün mövcud potensialdan istifadə etməli, Azərbaycan və Rumıniya şirkətləri qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq olunmalıdır. Ə.Abbasov bildirmişdir ki, sektor üzrə investisiyaların, birgə müəssisələrin, təşəbbüslərin və bazarların genişləndirilməsi hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edir.
Öz növbəsində Rumıniya rabitə və informasiya cəmiyyəti naziri Valerian Vremen Azərbaycanda İKT sektorunun davamlı inkişafını yüksək qiymətləndirmiş, rabitə və informasiya texnologiyaları sahəsində təlimlərin təşkil edilməsi, İT təhsili və İT əsaslı təhsil üçün kadrların hazırlanması, elektron xidmətlər, kiber təhlükəsizlik üzrə məlumat mübadiləsinə dair əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən məmnunluğunu ifadə etmişdir. Sonda Azərbaycan və Rumıniya şirkətləri əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır.
Baxış sayı: 2312
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür