Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə nazirlərinin Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin sədri, pakistanlı professor Atta-ur-Rahmanla görüşmüşdür.
Nazir bildirmişdir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet təşkil edir. Dövlət müstəqilliyinin əldə edilməsindən sonra ölkəmizin ilk üzv olduğu təşkilatlardan birinin İƏT olduğunu xatırladan nazir bu təşkilatın bütün məsələlərdə Azərbaycanı dəstəklədiyini qeyd etmişdir.
Nazir son illər Azərbaycanla təşkilat arasında mövcud olan münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, yeni çoxşaxəli münasibətlər fonunda informasiya texnologiyaları sektorunda da əməkdaşlıq əlaqələrinin genişləndirildiyini bildirmişdir.
Nazir İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə nazirlərinin Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclasının Azərbaycanda keçirilməsini müsbət hadisə kimi qiymətləndirmişdir.
Öz növbəsində Atta-ur-Rahman “BakuTel - 2011” 17-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “COMSTECH”-in təşkilatçılığı ilə 25-26 noyabr tarixlərində Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq üzrə Nazirlərin Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclasının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür etmişdir.
O, Azərbaycan Respublikasında son illər müşahidə olunan iqtisadi yüksəlişi, həmçinin, informasiya texnologiyaları və elm sahələrində həyata keçirilən genişmiqyaslı işləri yüksək qiymətləndirmiş və Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi üçün çoxdan hazır olduğunu vurğulamışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun “COMSTECH”-in Baş Assambleyasının baş məruzəçisi olduğunu xatırladan Atta-ur-Rahman “COMSTECH”-ə üzv ölkələrin Azərbaycan təcrübəsi ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini qeyd etmişdir.
Daha sonra İƏT-in Elm və Texnoloji Əməkdaşlıq üzrə Nazirlərin Daimi Komitəsi haqqında məlumat verən sədr bu qurumun İslam Əməkdaşlıq Təşkilatının 1981-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən III İslam Sammiti tərəfindən yaradıldığını bildirmişdir.
“Komitənin məqsədi elm və texnologiya sahəsində İƏT-ə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq və ehtiyatların şəbəkələşdirilməsi vasitəsi ilə fərdi və kollektiv qabiliyyətin möhkəmləndirilməsinə kömək etməkdən ibarətdir.
“COMSTECH” İƏT-ə üzv dövlətlərə İƏT regionunda sosial-iqtisadi inkişaf və sənayeləşməyə doğru elm və texnologiyadan böyük ianəçi kimi çıxış etmək imkanı verir” – deyə komitə sədri vurğulamışdır. Sonda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Baxış sayı: 2131
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək