İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İraqın bələdiyyələr və ictimai işlər naziri, İraq və Azərbaycan birgə komissiyasının iraqlı həmsədri Adil Muheydir Razi və kommunikasiya nazirinin müavini Əmr Xadr Əl-Bəyati ilə görüşmüşdür.
Azərbaycan-İraq arasındakı münasibətlərdən danışan nazir Əli Abbasov İraqın Azərbaycan dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu xatırlatmışdır. Nazir bildirmişdir ki, 1992-ci ildən İraqla qurulan diplomatik münasibətlər bir çox sahələrdə, o cümlədən rabitə sahəsində əməkdaşlıq əlaqələrinin formalaşmasına rəvac vermişdir.
Azərbaycan-İraq əlaqələrinin genişləndirilməsi üçün böyük imkanlar olduğunu qeyd edən nazir hazırda ticari, elmi, iqtisadi, texniki və mədəni sahələrdə qarşılıqlı əməkdaşlığın uğurla davam etdirildiyini bildirmişdir.
Ə.Abbasov gələcək perspektivdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində də əlaqələrin genişləndirilməsinin məqsədə uyğun olduğunu bildirmişdir. Öz növbəsində Adil Muheydir Razi İraqın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri qurulmasında maraqlı olduğunu bildirmiş və İraq şirkətlərinin Azərbaycanda bir çox sahələrə, o cümlədən İKT sektoruna investisiya yatırmaq imkanı olduğunu qeyd etmişdir.
Sonda informasiya-kommunikasiya texnologiyaları sektorunda əlaqələrin inkişaf etdirilməsi, yerli şirkətlərin bu sektora investisiya yatırması üçün stimullaşdırılması qərara alınmışdır.
Baxış sayı: 2238
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür