12px13px15px17px
Tarix:04/11/11

Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazir Əli Abbasov ölkəmizdə səfərdə olan Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə nazir qonaqları səmimi salamlayaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən rabitə və informasiya texnologiyaları sektorunda görülən işlər, xüsusilə də nanotexnologiyaların tətbiqi, kosmik sənayenin inkişafı, xüsusi rejimli azad texnoloji zonaların yaradılması, “Elektron Hökumət” proqramının reallaşdırılması və region üçün əhəmiyyət daşıyan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat vermişdir.

Öz növbəsində argentinalı nazir ölkələrimiz arasında inkişaf edən münasibətlər fonunda informasiya texnologiyaları sahəsində də əlaqələrin möhkəmlənəcəyinə əminliyini bildirmişdir.

Qonaq ölkəsində informasiya texnologiyaları və innovativ inkişaf sahəsində rəhbərlik etdiyi nazirliyin həyata keçirdiyi işlər barədə geniş məlumat vermişdir.

O, Argentinada bio və nanotexnoloji innovasiya sahələrinin inkişaf etdirildiyini, bu sferada özəl sektorun stimullaşdırılması ilə əlaqədar texnoloji fondun mövcud olduğunu bildirmişdir. L.Baranao ölkəsində elm tutumlu məhsulların istehsalına xüsusi önəm verildiyini də qeyd etmişdir.

Argentinalı nazir RİTN-in həyata keçirdiyi layihələrdən məmnunluğunu ifadə etmiş, gələcəkdə Azərbaycanın da təcrübəsini əsas götürərək hər iki ölkə arasında texnologiyalar və innovasiyalar sahəsində anlaşma memorandumu və hökumətlərarası sazişin imzalanması təşəbbüsü ilə çıxış etmişdir.



Baxış sayı: 2554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024