Zəmanət müddəti bitdikdən sonra elektron qurğulara xidmət göstərilməsi üzrə ixtisaslaşmış “SquareTrade” şirkəti “Apple”ın yeni smartfonlarını araşdırıb. Məlum olub ki, “iPhone 5S” əvvəlki modellə müqayisədə fiziki zədələrə qarşı daha az dayanıqlıdır.
“Juniper Research” analitik şirkətinin proqnozuna əsasən, yaxın illərdə geyinilən elektronika bazarının həcmi sürətlə artacaq və 2018-ci ilədək onun satış həcmi 19 milyard dollar olacaq, halbuki cari ilin yekununa görə, bu göstərici 1,4 milyard dollar təşkil edəcək.
Stiv Cobs 2011-ci il oktyabrın 5-də dünyasını dəyişib. Lakin indiyə qədər onun şirkətin fəaliyyətinə töhfəsi haqqında mübahisələr səngimək bilmir.
“Apple” şirkətinin banisi Stiv Cobsun gənclik dövrünü keçirdiyi ABŞ-ın Kaliforniya ştatının Los-Altos şəhərində yerləşən əfsanəvi evi qorunan tarixi görməli yerlər siyahısına daxil edilib.
“Consumer Intelligence Research Partners” şirkətinin yeni tədqiqatına əsasən, qadınlar gümüşü, kişilər isə boz rəngli “iPhone 5S” smartfonunu satın almağa daha çox üstünlük verirlər.
“Apple” şirkəti tərəfindən yeni smartfon modellərinin buraxılması ilə istifadəçilərin getdikcə daha çox “iPhone” modelinə üstünlük verməsi nəticəsində “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin sayı azalıb. Bu barədə “Consumer Intelligence Research Partners” şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrindən məlum olub.
Sərəncamında 470 mindən çox “BlackBerry” smartfon modeli olan ABŞ Müdafiə Nazirliyi gələcəkdə bu qurğulardan istifadə etməməyi planlaşdırır.
İngilisdilli “Oksford” lüğətinin müəllifləri “selfie” (özünün fotoşəkli) sözünü 2013-cü ilin sözü kimi seçiblər.
Gələn ayın əvvəllərində Bakıda Xəzər və Qafqaz regionlarının ən böyük sərgisi - “BakuTel 2013” “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi öz işinə başlayacaq. Sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib.
Nyu-York şəhərində “Apple” brendli qurğuların oğurlanması ən geniş yayılmış cinayətlər siyahısındadır. Bu barədə şəhər polis idarəsindən məlumat verilib. İdarə nümayəndələrinin sözlərinə görə, ötən il şəhərdə törədilən cinayətlərin 14 faizi bu qurğuların oğurlanması ilə əlaqədar olub.
Tayvanın mobil elektronika istehsalçısı “HTC” şirkəti “HTC One” smartfonunun qızıl rəngli korpusla təchiz edilmiş versiyasını istehsal edəcək. Bu haqda “HTC” nümayəndələrinə istinad edən “Engadget” bloqu yazıb
35 yaşdan yuxarı qeymerlər arasında qadınlar üstünlük təşkil edir. Bu haqda “Spil Games” şirkətinin yeni araşdırmasına istinadən “The Telegraph” yazıb.
“Microsoft” korporasiyasının təsisçilərindən biri Pol Allen ABŞ-da yaşayış evlərinin ən bahalı olduğu Kaliforniya ştatının Aterton şəhərində 27 milyon dollara ev alıb.
“Apple” korporasiyası istehsal tərəfdaşı olan Tayvanın “Hon Hai Precision Industry Co” (Foxconn brendi) şirkətinin fəallığı sayəsində "iPhone 5s” smartfon modelinin tədarük həcmini artırmağa nail olub.
Çinin “Xiaomi” şirkəti 10 dəqiqədə ani mesajlaşma xidməti vasitəsilə 150 min “Mi3” qabaqcıl smartfonu satıb. Bu haqda “Weibo” mikrobloqlar xidmətində brendin rəsmi hesabına istinadən “The Next Web” nəşri yazıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL