Tarix: 21/02/13 Bir eynəklə xəyallarını reallığa çevir

“Google” şirkəti 2012-ci ildə təqdim edilən “Glass” əlavə reallıq eynəkləri üçün sınaqçıların müsabiqəsini elan edib. Sınaqçı kimi müsabiqədə iştirak etmək istəyənlər bir sıra tələblərə cavab verməlidirlər. Burada ABŞ ərazisində yaşama, yaşın 17-dən yuxarı olması, eynəyi 1500 dollara almağa hazır olmaq kimi tələblər yer alıb.
Tarix: 21/02/13 Oyunsevərlərə müjdə

“Sony” şirkəti rəsmən “PlayStation 4” yeni nəsil oyun qurğusunu təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, yeni qurğu standart proqram təminatına əsaslanır və “X86” arxitekturalı prosessordan istifadə edir ki, bu da oyun yaradıcılarının işini xeyli asanlaşdırmalıdır.
Tarix: 21/02/13 Qazaxıstanlı alimlər Azərbaycanda ixtisaslarını artıracaqlar

Qazaxıstanın Aktau şəhərində yerləşən Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin əməkdaşları Azərbaycanda ixtisaslarını artıracaqlar. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Geologiya İnstitutundan (Gİ) məlumat verilib.
Tarix: 21/02/13 Yol polisi qanunsuz parklamaya qarşı yeni texnologiyadan istifadə edəcək

Azərbaycan paytaxtında fəaliyyət göstərən yol polisləri şəhərin icazə verilməyən hissələrində avtomobillərini park edən sürücüləri cərimələmək üçün yeni texnologiyadan istifadə edəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, yol polisi artıq bununla bağlı Bakı sakinlərinə və sürücülərə xəbərdarlıq edib.
Tarix: 20/02/13 Bakı Metropoliteninin texnoloji korpusu ən müasir texnologiyalarla təchiz ediləcək

Bakı Metropoliteninin (BM) əsas “düşünən beyni” - idarəetmə mərkəzi olacaq texnoloji korpusun inşası bu il yekunlaşacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BM-dən məlumat verilib.
Tarix: 20/02/13 Metropolitendə texnoloji vasitələrin köməyi ilə xətlərin ayrılmasında “Yeni Avstriya” metodu tətbiq ediləcək

Bakı Metropolitenində (BM) mövcud xətlərin nizamlı fəaliyyəti təmin ediləcək. Bu məqsədlə xətlərin ayrılmasını Fransanın tikinti nəhəngi “Buiq”lə (fr.-“Boygues”) yerli “Akkord” şirkəti birlikdə həyata keçirəcəklər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BM-dən məlumat verilib.
Tarix: 20/02/13 Yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcılar tamamilə ləğv ediləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemlərinin ilkin təqdimatı keçirilib və müvafiq mövzular ətrafında müzakirələr aparılıb.
Tarix: 19/02/13 Tıxacların yaranma səbəbi məlum olub

Mobil telefonlar vasitəsilə toplanılmış məlumatlara əsasən, ilk dəfə olaraq tıxacların yaranma səbəbini aydınlaşdırmaq mümkün olub. Boston nümunəsində məlum olub ki, avtomobillərin şəhər küçələrində toplanmasında yalnız pis vəziyyətdə olan yollardan istifadədə sürücülərin bir neçə faizi günahkardır.
Tarix: 19/02/13 Yerli bank “PİN Change” xidmətinə qoşulub

“TuranBank” bütün plastik kart müştərilərinə “Pin Change” xidmətini təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, indi “TuranBank”ın plastik kart müştəriləri “Pin Change” xidmətinin köməyi ilə öz plastik kartlarının mövcud Şəxsi Eyniləşmə Nömrəsini (PİN kodu) istədikləri kod ilə dəyişə biləcək.
Tarix: 19/02/13 “ASAN”-ın yeni xidmət mərkəzi açılıb

Möhsün Sənani, 21 ünvanında “ASAN xidmət”in yeni xidmət mərkəzi fəaliyyətə başlayıb. Akademik Həsən Əliyev küçəsində avtomobil sıxlığını və müraciət edən vətəndaşların çoxluğunu nəzərə alaraq, yeni ünvanda da vətəndaşlara xidmət göstəriləcək.
Tarix: 19/02/13 Fləş-kartlar haqqında maraqlı faktlar

Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir.
Tarix: 19/02/13 Tələbələrin hazırladığı robotlar yarışacaq

Azərbaycanın gənc mühəndislər birliyi olan Xəzər Mühəndislər İctimai Birliyi (XMİB) yeniliklərə imza atmağa davam edir. Belə ki, bu il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tələbələr arasında növbəti müsabiqə təşkil olunur. Lakin bu dəfə yarışanlar tələbələr deyil, onların idarə etdiyi robotlardır.
Tarix: 19/02/13 Dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı ilə bağlı təlim keçiriləcək

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, 2012 - 2013-cü illərdə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir.
Tarix: 18/02/13 Onlayn sistemi ilə işləyən kazino-qumarxana aşkarlanıb

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsi ərazisindəki internet-klubların birində qəsəbə sakini Alı Rəsulovun onlayn sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilib.
Tarix: 18/02/13 Baharın Azərbaycana qədəm qoyacağı vaxt müəyyənləşib

Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verəcək. “ICTnews” elektron xəbər xidmətinin AMEA-ya istinadən verdiyi məlumata görə, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev martın 19-da Günəşin səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəyini deyib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248