Tarix:06/04/12
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini İltimas Məmmədov qeyd edib ki, Azərbaycanla Amerika həm də strateji tərəfdaşdır. İ.Məmmədov son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.
Bu ölkənin İT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə Amerika təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Öz növbəsində Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən amerikalı senatorlar ölkədə qeydə alınan dinamik inkişafı, qısa müddət ərzində həyata keçirilən uğurlu islahatları təqdirəlayiq hal kimi dəyərləndiriblər.
İKT sektorunda həyata keçirilən işlərlə də yaxından tanış olduqlarını bildirən senat üzvləri sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi vurğulayıblar. Onlar təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin hər iki ölkənin müvafiq sektoru üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildiriblər.
Sonra «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rəşad Nəbiyev ölkədə İKT sektorunda həyata keçirilən və görülməsi planlaşdırılan işlərlə bağlı geniş təqdimatla çıxış edib.
SEYMUR
ABŞ senatının nümayəndələri ilə RİTN-də görüş keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ senatının aparat rəhbərləri ilə görüş keçirilib. Görüşdə Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə İKT sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini İltimas Məmmədov qeyd edib ki, Azərbaycanla Amerika həm də strateji tərəfdaşdır. İ.Məmmədov son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.
Bu ölkənin İT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə Amerika təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
İ.Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.
Öz növbəsində Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən amerikalı senatorlar ölkədə qeydə alınan dinamik inkişafı, qısa müddət ərzində həyata keçirilən uğurlu islahatları təqdirəlayiq hal kimi dəyərləndiriblər.
İKT sektorunda həyata keçirilən işlərlə də yaxından tanış olduqlarını bildirən senat üzvləri sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi vurğulayıblar. Onlar təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin hər iki ölkənin müvafiq sektoru üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildiriblər.
Sonra «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rəşad Nəbiyev ölkədə İKT sektorunda həyata keçirilən və görülməsi planlaşdırılan işlərlə bağlı geniş təqdimatla çıxış edib.
SEYMUR
Baxış sayı: 1265
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür