12px13px15px17px
Tarix:02/05/12

Azərbaycan Diplomatik Akademiyasında informasiya texnologiyaları üzrə kadrlar hazırlanacaq

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov xarici işlər nazirinin müavini,  Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, professor  Hafiz Paşayevin dəvəti ilə Azərbaycan Diplomatik Akademiyasında olub. 

Rektor  Hafiz Paşayevlə görüşdə akademiyanın gələcək fəaliyyəti, ixtisas istiqamətləri barədə fikir mübadiləsi aparılıb, akademiyada beynəlxalq münasibətlər, biznesin idarəedilməsi, mühəndislik və  informasiya texnologiyaları  sahələri üzrə kadrların hazırlanmasının vacibliyi vurğulanıb.

Nazir Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən rabitə və informasiya texnologiyaları sahəsinin prioritet  elan edilməsi ilə sahəyə diqqətin daha da artırıldığını, ölkədə İKT sektoru üzrə  həyata keçirilən böyük layihələr fonunda  yeni kadrların hazırlanmasının zəruriliyini qeyd edib.

Müzakirələrdən sonra akademiyada informasiya texnologiyaları, mühəndislik fakültələrinin təşkili üçün  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının mütəxəssislərindən ibarət İşçi Qrupunun yaradılması qərara alınıb.

İşçi Qrupunun beynəlxalq təcrübə, yerli ehtiyac və perspektiv inkişaf istiqamətlərinin öyrənilməsi üzrə ilkin araşdırmalara başlaması nəzərdə tutulur.  Bu hədəflər müəyyənləşdikdən sonra təkliflər paketinin hazırlanması və həmin təkliflərin yaxın gələcəkdə nazir  Əli Abbasov və ADA rektoru Hafiz Paşayevin də iştirak edəcəyi beynəlxalq seminarda müzakirə edilməsi nəzərdə tutulur.

Görüşdə prorektorlar - Fariz İsmayılzadə, Rəndl Beyker, Qalib Məmməd, həmçinin amerikalı məsləhətçi Daniel Nəqi də iştirak edib.
 
 




Baxış sayı: 2278

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024