Tarix:03/05/12
Azərbaycan tərəfinə milli peykin orbitə çıxarılmasında Fransanın "ArianeSpace" peyk şirkəti ilə əməkdaşlığından məmnunluğunu da ifadə edən Keller bu başlanğıcın müvafiq sahədə davamlı olacağını bildirməklə yanaşı, əməkdaşlığı növbəti illərdə ölkəmizdə qurulan telekommunikasiya sahəsində, eləcə də kosmik sənayenin formalaşması istiqamətində Fransanın Azərbaycana verə biləcəyi töhfə kimi qiymətləndirib.
Nazir Əli Abbasov da səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında qurulan əməkdaşlığın gələcəkdə növbəti inkişaf mərhələsinə qədəm qoyacağını vurğulayıb. Hazırda fransız şirkətləri ilə əməkdaşlıq və birgə fəaliyyətin uğurla davam etdirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, qarşıdakı illər ərzində də müxtəlif istiqamətlərdə fəaliyyət zamanı Fransa təcrübəsindən istifadə edilə bilər.
Görüşdə nazir Əli Abbasovun Fransa səfəri, eləcə də birinci Azərbaycan-Fransa İKT Forumu da xatırlanıb.
Görüşün sonunda nazir Əli Abbasov səfirə gələcək fəaliyyətində uğurlar diləyib.
Nazir Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerlə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. Səlahiyyət müddəti başa çatmış və ölkəmizdə missiyasını yekunlaşdırmış səfirin xahişi ilə keçirilən görüşdə Q.Kellerin ötən dövr ərzində Azərbaycanda həyata keçirdiyi fəaliyyət, xüsusilə də telekommunikasiya sahəsində əldə edilmiş əməkdaşlıq istiqamətləri bir daha nəzərdən keçirilib.Azərbaycan tərəfinə milli peykin orbitə çıxarılmasında Fransanın "ArianeSpace" peyk şirkəti ilə əməkdaşlığından məmnunluğunu da ifadə edən Keller bu başlanğıcın müvafiq sahədə davamlı olacağını bildirməklə yanaşı, əməkdaşlığı növbəti illərdə ölkəmizdə qurulan telekommunikasiya sahəsində, eləcə də kosmik sənayenin formalaşması istiqamətində Fransanın Azərbaycana verə biləcəyi töhfə kimi qiymətləndirib.
Nazir Əli Abbasov da səfirin fəaliyyəti dövründə ölkələrimiz arasında qurulan əməkdaşlığın gələcəkdə növbəti inkişaf mərhələsinə qədəm qoyacağını vurğulayıb. Hazırda fransız şirkətləri ilə əməkdaşlıq və birgə fəaliyyətin uğurla davam etdirildiyini diqqətə çatdıran nazirin sözlərinə görə, qarşıdakı illər ərzində də müxtəlif istiqamətlərdə fəaliyyət zamanı Fransa təcrübəsindən istifadə edilə bilər.
Görüşdə nazir Əli Abbasovun Fransa səfəri, eləcə də birinci Azərbaycan-Fransa İKT Forumu da xatırlanıb.
Görüşün sonunda nazir Əli Abbasov səfirə gələcək fəaliyyətində uğurlar diləyib.
Baxış sayı: 1213
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür