Tarix:21/05/12
Nazir ölkədə müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində İKT sektorunda əldə olunan yüksək nəticələrdən bəhs edərək, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.
Azərbaycan ilə Meksika arasında sıxlaşmaqda olan siyasi-iqtisadi əlaqələrin İKT sahəsinə də təsir edəcəyini bildirən nazir ölkələrimiz arasında mövcud olan potensialdan istifadə edərək, Azərbaycan və Meksika şirkətlərinin qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq edilməsinin zəruri olduğunu qeyd edib.
Nazir bu sektor üzrə müxtəlif investisiyaların, təşəbbüslərin və bazarların genişləndirilməsinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə həmçinin Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağıorbitli zondlama peyki barədə ətraflı məlumat verən nazir bu istiqamətdə Meksika Kosmik Agentliyinin “Azərkosmos” ASC ilə əməkdaşlığının çox faydalı olacağını bildirib. Meksika Kosmik Agentliyinin Baş direktoru Xavier Mendieta da İKT sektoru, xüsusilə də kosmik sahə üzrə Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirərək, “Azərkosmos” ASC ilə bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, 15-19 may tarixlərini əhatə edən səfər çərçivəsində, Meksika Kosmik Agentliyinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyində görüş keçirib, Milli Aviasiya Akademiyasının laboratoriyaları ilə yaxından tanış olub, daha sonra isə “Azərkosmos” ASC-də keçirilən geniştərkibli görüşdə iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında da olaraq rəsədxanada aparılan elmi-tədqiqatlarla tanış olublar.
RƏVAN
Nazir Meksika Kosmik Agentliyinin nümayəndələri ilə görüşüb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Meksika Kosmik Agentliyinin Baş direktoru Xavier Mendietanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə nazir Əli Abbasov nazirliyin fəaliyyəti, dövlət proqramları, habelə ölkədə həyata keçirilməkdə olan genişmiqyaslı layihələr haqda geniş məlumat verib.Nazir ölkədə müşahidə olunan dinamik iqtisadi inkişaf fonunda son illər ərzində İKT sektorunda əldə olunan yüksək nəticələrdən bəhs edərək, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi, həmçinin İKT sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında ətraflı məlumat verib.
Azərbaycan ilə Meksika arasında sıxlaşmaqda olan siyasi-iqtisadi əlaqələrin İKT sahəsinə də təsir edəcəyini bildirən nazir ölkələrimiz arasında mövcud olan potensialdan istifadə edərək, Azərbaycan və Meksika şirkətlərinin qarşılıqlı olaraq hər iki ölkənin İKT sektoruna investisiya yatırmağa təşviq edilməsinin zəruri olduğunu qeyd edib.
Nazir bu sektor üzrə müxtəlif investisiyaların, təşəbbüslərin və bazarların genişləndirilməsinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə həmçinin Azərbaycanın peyk layihələri, o cümlədən bu ilin sonunda orbitə buraxılması nəzərdə tutulan ilk telekommunikasiya peyki və 2013-cü ildə buraxılması planlaşdırılan aşağıorbitli zondlama peyki barədə ətraflı məlumat verən nazir bu istiqamətdə Meksika Kosmik Agentliyinin “Azərkosmos” ASC ilə əməkdaşlığının çox faydalı olacağını bildirib. Meksika Kosmik Agentliyinin Baş direktoru Xavier Mendieta da İKT sektoru, xüsusilə də kosmik sahə üzrə Azərbaycanla hərtərəfli əməkdaşlığa hazır olduqlarını bildirərək, “Azərkosmos” ASC ilə bu istiqamətdə əməkdaşlıq imkanlarını araşdıracaqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, 15-19 may tarixlərini əhatə edən səfər çərçivəsində, Meksika Kosmik Agentliyinin nümayəndələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyində görüş keçirib, Milli Aviasiya Akademiyasının laboratoriyaları ilə yaxından tanış olub, daha sonra isə “Azərkosmos” ASC-də keçirilən geniştərkibli görüşdə iştirak edib. Səfər çərçivəsində nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında da olaraq rəsədxanada aparılan elmi-tədqiqatlarla tanış olublar.
RƏVAN
Baxış sayı: 1403
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür