Tarix:03/07/12
Son illər İKT sektorunda Rumıniya ilə əlaqələrin daha da genişləndiyini bildirən nazir birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən «Elektron dərslər» layihəsini yüksək qiymətləndirib. Nazir layihənin II mərhələsinin həyata keçirilməsini məqsədəuyğun sayıb.
«SİVECO»-nun yerli şirkətlərlə əməkdaşlıq etdiyini qeyd edən nazir bundan sonra da həyata keçirilən layihələrdə birgə əməkdaşlığın genişləndirilməsinin səmərəli olacağını bildirib.
Öz növbəsində İ.Sokol rəhbərlik etdiyi şirkət və onun Azərbaycanda gördüyü işlər barəsində məlumat verib. O bildirib ki, «SİVECO» Mərkəzi-Şərqi Avropanın aparıcı proqram təminatı şirkətidir.
İstehsal etdikləri proqram təminatı məhsullarının bir sıra ölkələr tərəfindən istifadə olunduğunu vurğulayan İ.Sokol Azərbaycanda «Ultra» şirkəti ilə birgə 50 orta məktəbdə «kağızsız dərslər» (elektron dərslər) layihəsinin birinci mərhələsini uğurla başa vurduqlarını deyib.
Proqramın II mərhələsinin daha çox məktəbi əhatə edəcəyini bildirən İ.Sokol əlavə edib ki, belə bir layihəni artıq Rumıniyada reallaşdırıblar: «Bu layihə Rumıniyada həyata keçirilib və olduqca müsbət nəticələr əldə edilib. Rumıniyada 5-12-ci siniflərdə dərslərin 80 faizi elektronlaşdırılıb. Bu istiqamətdə böyük təcrübəmiz var».
SEYMUR
Nazir Rumıniyanın «SİVECO» şirkətinin prezidenti ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rumıniyanın «SİVECO» şirkətinin prezidenti xanım İrina Sokolla görüşüb. Görüşdə nazir Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər barədə qonağa ətraflı məlumat verib.Son illər İKT sektorunda Rumıniya ilə əlaqələrin daha da genişləndiyini bildirən nazir birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən «Elektron dərslər» layihəsini yüksək qiymətləndirib. Nazir layihənin II mərhələsinin həyata keçirilməsini məqsədəuyğun sayıb.
«SİVECO»-nun yerli şirkətlərlə əməkdaşlıq etdiyini qeyd edən nazir bundan sonra da həyata keçirilən layihələrdə birgə əməkdaşlığın genişləndirilməsinin səmərəli olacağını bildirib.
Öz növbəsində İ.Sokol rəhbərlik etdiyi şirkət və onun Azərbaycanda gördüyü işlər barəsində məlumat verib. O bildirib ki, «SİVECO» Mərkəzi-Şərqi Avropanın aparıcı proqram təminatı şirkətidir.
İstehsal etdikləri proqram təminatı məhsullarının bir sıra ölkələr tərəfindən istifadə olunduğunu vurğulayan İ.Sokol Azərbaycanda «Ultra» şirkəti ilə birgə 50 orta məktəbdə «kağızsız dərslər» (elektron dərslər) layihəsinin birinci mərhələsini uğurla başa vurduqlarını deyib.
Proqramın II mərhələsinin daha çox məktəbi əhatə edəcəyini bildirən İ.Sokol əlavə edib ki, belə bir layihəni artıq Rumıniyada reallaşdırıblar: «Bu layihə Rumıniyada həyata keçirilib və olduqca müsbət nəticələr əldə edilib. Rumıniyada 5-12-ci siniflərdə dərslərin 80 faizi elektronlaşdırılıb. Bu istiqamətdə böyük təcrübəmiz var».
SEYMUR
Baxış sayı: 1175
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür