Tarix:24/08/12
Görüşdə Azərbaycan və Misir arasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, "İsgəndəriyyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin ölkəmizə səfəri, "BakuTel" sərgisi çərçivəsində "Kulturama" layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Tunisdə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.
Sabir Əbdülqadir Mansur ölkəsində prezident seçkilərindən sonra yeni kabinetin müəyyənləşdirildiyini bildirib və bu sahəyə cavabdeh yeni nazirin təyin edildiyi haqda nazir Əli Abbasova məlumat verib.
Nazir Əli Abbasov da öz növbəsində cari ilin 6-10 noyabr tarixlərində Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun Nazirlər Toplantısına yeni təyin edilmiş misirli nazirin dəvət ediləcəyini qeyd edib.
Nazir ümidvar olduğunu bildirib ki, Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək.
Nazir Misir səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Misir Ərəb Respublikasının ölkəmizdə diplomatik missiyasını başa vuran Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb.Görüşdə Azərbaycan və Misir arasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq, "İsgəndəriyyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin ölkəmizə səfəri, "BakuTel" sərgisi çərçivəsində "Kulturama" layihəsinin təqdim edilməsi, həmçinin 2005-ci ildə Misirin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında Tunisdə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub.
Sabir Əbdülqadir Mansur ölkəsində prezident seçkilərindən sonra yeni kabinetin müəyyənləşdirildiyini bildirib və bu sahəyə cavabdeh yeni nazirin təyin edildiyi haqda nazir Əli Abbasova məlumat verib.
Nazir Əli Abbasov da öz növbəsində cari ilin 6-10 noyabr tarixlərində Bakıda keçiriləcək İnternet İdarəçilik Forumunun Nazirlər Toplantısına yeni təyin edilmiş misirli nazirin dəvət ediləcəyini qeyd edib.
Nazir ümidvar olduğunu bildirib ki, Misirin İKT potensialının gücləndirilməsi və Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı İKT layihələrinin genişləndirilməsi istiqamətində birgə səylər göstəriləcək.
Baxış sayı: 1095
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür