Tarix:21/09/12
Gələcəkdə İƏT-in ixtisaslaşmış təşkilatına çevriləcək STİO-ya Azərbaycanın üzv olacağı təqdirdə liderlik mövqeyini öz əlində cəmləşdirəcəyini də vurğulayan baş katibin müavini ölkəmizin təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün təşviq olunduğunu bildirib.
Səfir Əbdül Moiz Buxarinin ölkəmizə təkrar səfərindən məmnunluğunu ifadə edən nazir Əli Abbasov hazırda Azərbaycanın STİO-ya üzv olması üçün müvafiq hazırlıq işlərinin aparıldığını və daxili prosedurlar başa çatdıqdan sonra bu haqda yekun qərarın veriləcəyini bildirib. Eyni zamanda nazir bildirib ki, Azərbaycanın İKT sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün müvafiq prosedurlara başlanacaq.
Daha sonra cari ilin dekabrında COMSTECH-in zirvə toplantısının Pakistanda keçiriləcəyini vurğulayan səfir Əbdül Moiz Buxari Azərbaycan tərəfinin növbəti illərdə İƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə elm və texnologiyaya həsr olunmuş tədbirinin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etməsini təklif edib.
Nazir isə öz növbəsində BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısına, "Bakutel" sərgi-konfransına İƏT-in rəhbərliyini dəvət edib.
Növbəti tədris ilindən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mütəxəssis və tələbələri Azərbaycanda təhsil ala bilər
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin müavini, səfir Əbdül Moiz Buxari ilə görüşüb. Səfir ötən il "Bakutel-2011" sərgisi çərçivəsində İƏT-in Elm, Texnologiya Komitəsinin (COMSTECH) Bakıda keçirilən iclasını yüksək qiymətləndirib və Azərbaycanın İƏT-in Elm, Texnologiya, İnnovasiya Təşkilatına (STİO) üzv olmasının gələcək əməkdaşlıq baxımından əhəmiyyətli olacağını vurğulayıb. Son illər ölkəmizdə elm, texnologiya, innovasiya sahəsində görülmüş işləri də yüksək dəyərləndirən Əbdül Moiz Buxari bu işlərin islam aləmində də xüsusi rəy topladığını, həmin ölkələrin Azərbaycanı bu regionun mərkəzi kimi gördüyünü diqqətə çatdırıb.Gələcəkdə İƏT-in ixtisaslaşmış təşkilatına çevriləcək STİO-ya Azərbaycanın üzv olacağı təqdirdə liderlik mövqeyini öz əlində cəmləşdirəcəyini də vurğulayan baş katibin müavini ölkəmizin təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün təşviq olunduğunu bildirib.
Səfir Əbdül Moiz Buxarinin ölkəmizə təkrar səfərindən məmnunluğunu ifadə edən nazir Əli Abbasov hazırda Azərbaycanın STİO-ya üzv olması üçün müvafiq hazırlıq işlərinin aparıldığını və daxili prosedurlar başa çatdıqdan sonra bu haqda yekun qərarın veriləcəyini bildirib. Eyni zamanda nazir bildirib ki, Azərbaycanın İKT sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisələrində İƏT üzvü olan ölkələrin tələbə və mütəxəssislərinin təhsil almaları üçün müvafiq prosedurlara başlanacaq.
Daha sonra cari ilin dekabrında COMSTECH-in zirvə toplantısının Pakistanda keçiriləcəyini vurğulayan səfir Əbdül Moiz Buxari Azərbaycan tərəfinin növbəti illərdə İƏT-in yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə elm və texnologiyaya həsr olunmuş tədbirinin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etməsini təklif edib.
Nazir isə öz növbəsində BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısına, "Bakutel" sərgi-konfransına İƏT-in rəhbərliyini dəvət edib.
Baxış sayı: 1117
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür