Tarix:29/09/12
Onun sözlərinə görə, bu forumda Azərbaycan beynəlxalq aləmə tolerant, iqtisadi cəhətdən yüksək inkişaf edən, həmçinin neft sektorundan sonra qeyri-neft sektorunu, o cümlədən də İKT sahəsini inkişaf etdirən nümunəvi ölkə kimi qazandığı nailiyyətləri nümayiş etdirə bilər: “İnternet İdarəçiliyi Forumuna ABŞ-ın Dövlət Departamentində İnformasiya-kommunikasiya texnologiyaları üzrə əlaqələndiricisi, səfir Filip Virvierin rəhbərliyi ilə böyük nümayəndə heyəti də gələcək və səfər çərçivəsində ABŞ-ın Azərbaycan tərəfinə təqdim etdiyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dövlət Departamenti arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması planlaşdırılır.
Ölkəmizdə son illər İKT sektorunda aparılan islahatlar və həyata keçirilən layihələr, xüsusilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, eləcə də regional layihələrdən söz açan nazir ABŞ-la süni peyk sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, “Microsoft”la Azərbaycan Hökuməti arasında imzalanmış saziş, “Microsoft”un Azərbaycanda Data Mərkəzinin yaradılması və s. məsələlər haqda da səfiri məlumatlandırıb. Əli Abbasov ölkəmizdə “Elektron hökumət” quruculuğu istiqamətində aparılan tədbirlərin beynəlxalq təcrübəyə, o cümlədən ABŞ təcrübəsinə əsaslandığını da vurğulayıb.Sonda nazir Əli Abbasov səfirə fəaliyyətində uğurlar arzulayıb.
Nazir ABŞ-ın yeni səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə olunmuş nailiyyətlərlə tanış olduğunu deyən səfir ölkədə enerji sektorundan sonra İKT sahəsinin prioritet elan edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. İnternetin inkişafının da xüsusi diqqət çəkdiyini deyən Riçard Morninqstar qeyd edib ki, BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu (İİF) respublika üçün geniş imkanlar açacaq.Onun sözlərinə görə, bu forumda Azərbaycan beynəlxalq aləmə tolerant, iqtisadi cəhətdən yüksək inkişaf edən, həmçinin neft sektorundan sonra qeyri-neft sektorunu, o cümlədən də İKT sahəsini inkişaf etdirən nümunəvi ölkə kimi qazandığı nailiyyətləri nümayiş etdirə bilər: “İnternet İdarəçiliyi Forumuna ABŞ-ın Dövlət Departamentində İnformasiya-kommunikasiya texnologiyaları üzrə əlaqələndiricisi, səfir Filip Virvierin rəhbərliyi ilə böyük nümayəndə heyəti də gələcək və səfər çərçivəsində ABŞ-ın Azərbaycan tərəfinə təqdim etdiyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dövlət Departamenti arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması planlaşdırılır.
Ölkəmizdə son illər İKT sektorunda aparılan islahatlar və həyata keçirilən layihələr, xüsusilə “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, eləcə də regional layihələrdən söz açan nazir ABŞ-la süni peyk sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, “Microsoft”la Azərbaycan Hökuməti arasında imzalanmış saziş, “Microsoft”un Azərbaycanda Data Mərkəzinin yaradılması və s. məsələlər haqda da səfiri məlumatlandırıb. Əli Abbasov ölkəmizdə “Elektron hökumət” quruculuğu istiqamətində aparılan tədbirlərin beynəlxalq təcrübəyə, o cümlədən ABŞ təcrübəsinə əsaslandığını da vurğulayıb.Sonda nazir Əli Abbasov səfirə fəaliyyətində uğurlar arzulayıb.
Baxış sayı: 1037
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür