Tarix:24/11/12
Görüşdə Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə qonağı məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Sudanlı nazir də öz növbəsində ölkəsində bu sahə üzrə görülən işlər, aparılan elmi araşdırmalar, İKT-nin müxtəlif sahələrə tətbiqi vəziyyəti, həmçinin gələcək plan və layihələrdən söz açıb. Doktor Eisa Buşa Məhəmməd Həmid həmçinin ölkəmizin Sudanda İKT sahəsinin inkişafına kömək etməsi, bu sahədə aparılan özəlləşdirmə prosesinə azərbaycanlı şirkətlərin cəlbi, böyük layihələrdə, xüsusilə də "Elektron hökumət" sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib. Bu məqsədlə sudanlı həmkarı nazir Əli Abbasovu və Azərbaycanda fəaliyyət göstərən İKT şirkətləri rəhbərlərini növbəti ilin birinci yarısında Sudana rəsmi səfərə dəvət edib.
Öz növbəsində nazir Əli Abbasov da azərbaycanlı şirkətlər, sərmayədarlar tərəfindən Sudanda informasiya-kommunikasiya texnologiyaları, eləcə də elmi araşdırmalar sahəsinə investisiyaların yatırılmasının əhəmiyyətli olacağını bildirib. Görüşdə növbəti ilin birinci yarısında Sudanda "Birinci Sudan-Azərbaycan İKT forumu"nun keçirilməsi, ölkələrin İKT bazarında imkanlarının araşdırılması, bu sahədə fəaliyyət göstərən şirkətlərin, eləcə də elmi araşdırmalarla məşğul olan mütəxəssislərin bir araya gələrək, müştərək fikir və təcrübələrinin bölüşdürülməsi qərara alındı.
Sudan Azərbaycanın “Elektron hökumət” sahəsində təcrübəsindən yararlanacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Sudanın elm və rabitə naziri, Milli Konqres Partiyasında Asiya Məsələləri üzrə katib Doktor Eisa Buşa Məhəmməd Həmid arasında ikitərəfli görüş keçirilib.Görüşdə Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə qonağı məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Sudanlı nazir də öz növbəsində ölkəsində bu sahə üzrə görülən işlər, aparılan elmi araşdırmalar, İKT-nin müxtəlif sahələrə tətbiqi vəziyyəti, həmçinin gələcək plan və layihələrdən söz açıb. Doktor Eisa Buşa Məhəmməd Həmid həmçinin ölkəmizin Sudanda İKT sahəsinin inkişafına kömək etməsi, bu sahədə aparılan özəlləşdirmə prosesinə azərbaycanlı şirkətlərin cəlbi, böyük layihələrdə, xüsusilə də "Elektron hökumət" sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib. Bu məqsədlə sudanlı həmkarı nazir Əli Abbasovu və Azərbaycanda fəaliyyət göstərən İKT şirkətləri rəhbərlərini növbəti ilin birinci yarısında Sudana rəsmi səfərə dəvət edib.
Öz növbəsində nazir Əli Abbasov da azərbaycanlı şirkətlər, sərmayədarlar tərəfindən Sudanda informasiya-kommunikasiya texnologiyaları, eləcə də elmi araşdırmalar sahəsinə investisiyaların yatırılmasının əhəmiyyətli olacağını bildirib. Görüşdə növbəti ilin birinci yarısında Sudanda "Birinci Sudan-Azərbaycan İKT forumu"nun keçirilməsi, ölkələrin İKT bazarında imkanlarının araşdırılması, bu sahədə fəaliyyət göstərən şirkətlərin, eləcə də elmi araşdırmalarla məşğul olan mütəxəssislərin bir araya gələrək, müştərək fikir və təcrübələrinin bölüşdürülməsi qərara alındı.
Baxış sayı: 994
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür