Tarix:25/12/12
Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı, milli və beynəlxalq layihələri xatırladan səfir İsmail Alper Coşkun layihələrin icrasının Türkiyə üçün də səmərəli olacağına ümid etdiyini vurğulayıb: “Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsi “Türk Telekom”un da marağındadır.
Gələcəkdə bununla bağlı Azərbaycan tərəfinin hər hansı yardıma ehtiyacı olarsa, Türkiyə bu köməyi göstərmək niyyətindədir”. Səfir həmçinin cari il ərzində Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun, “BakuTel-2012” İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb, eləcə də 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Ötən 10 il müddətində Türkiyənin yüksək sürətlə inkişaf etdiyini, beynəlxalq birlikdə iqtisadi gücə çevrildiyini, TASİM layihəsinin BMT qətnaməsinə daxil edilməsində bu ölkənin xüsusi rolu olduğunu xatırladan nazir də öz növbəsində bu istiqamətdə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Azərbaycan Türkiyə ilə informasiya texnologiyaları sahəsində əməkdaşlığı daha da genişləndirəcək
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunla görüşüb. Ölkələrimiz arasında informasiya texnologiyaları sahəsində yüksək əməkdaşlığın qurulduğunu qeyd edən nazir Əli Abbasov bu münasibətlərin ölkə iqtisadiyyatında xüsusi yer tutduğunu, gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdiriləcəyini ifadə edib.Azərbaycanda İKT sektorunda aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı, milli və beynəlxalq layihələri xatırladan səfir İsmail Alper Coşkun layihələrin icrasının Türkiyə üçün də səmərəli olacağına ümid etdiyini vurğulayıb: “Azərbaycanın BMT tərəfindən koordinator təyin edildiyi TASİM (Trans-Avrasiya Super İnformasiya Magistralı) layihəsi “Türk Telekom”un da marağındadır.
Gələcəkdə bununla bağlı Azərbaycan tərəfinin hər hansı yardıma ehtiyacı olarsa, Türkiyə bu köməyi göstərmək niyyətindədir”. Səfir həmçinin cari il ərzində Azərbaycanda VII İnternet İdarəçiliyi Forumunun, “BakuTel-2012” İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb, eləcə də 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib.
Ötən 10 il müddətində Türkiyənin yüksək sürətlə inkişaf etdiyini, beynəlxalq birlikdə iqtisadi gücə çevrildiyini, TASİM layihəsinin BMT qətnaməsinə daxil edilməsində bu ölkənin xüsusi rolu olduğunu xatırladan nazir də öz növbəsində bu istiqamətdə əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırıb.
Baxış sayı: 954
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür