12px13px15px17px
Tarix:14/03/13

Nazir Əli Abbasov “TeliaSonera” şirkətlər qrupunun yeni prezidenti Per-Arne Blomquistlə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupuna prezident postuna yeni təyin edilən Per-Arne Blomquistin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən görüşdə nazir Əli Abbasov Azərbaycanda İKT sahəsində aparılan islahatlardan, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və konsepsiyada İKT ilə bağlı istiqamətlərin əsas hədəf kimi müəyyənləşməsindən söz açıb.

Bununla yanaşı, “TeliaSonera”nın Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirən nazir bu şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin son illər uğurlarının artmasını və bu nailiyyətlərin ölkə iqtisadiyyatında da xüsusi payı olduğunu vurğulayıb.

Şirkətin Azərbaycana bir çox yeniliklər gətirdiyini də deyən nazir mobil internetə olan tələbatın getdikcə daha da yüksəldiyini nəzərə alaraq, əsas mobil operatorlardan biri kimi “Azercell”in bu istiqamətdə səylərinin bir qədər də artırılmasını, eyni zamanda gələcək fəaliyyətində rouminq xidmətlərinin genişləndirilməsini, həmçinin ümumilikdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini vacib sayıb.

“TeliaSonera” şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist Azərbaycanla gələcək əməkdaşlıq istiqamətlərindən, eyni zamanda investisiya qoyuluşu, eləcə də ən son nəsil telekommunikasiya texnologiyalarının ölkəyə gətirilməsinin davamı ilə bağlı planlardan bəhs edib.

Görüşdə “TeliaSonera Eurasia” şirkətinin yeni prezidenti Veysel Aral da görüş iştirakçılarına təqdim olunub. Azərbaycana sıx bağlı olduğunu və bu səbəbdən gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edən Veysel Aral müasir dünyada texnologiyaların sürətli inkişafından, şirkətin də bu sürətlə ayaqlaşmaq əzmində olduğunu bildirib.

Nazir də öz növbəsində “TeliaSonera” ilə əməkdaşlığın davam etdirilməsinin gələcəkdə yeni müvəffəqiyyətlərə yol açacağını qeyd edib.



Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024