Tarix:11/04/13
Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda “Elektron hökumət” quruculuğu istiqamətində xeyli iş görüldüyünü, o cümlədən müvafiq portal yaradıldığını, bu portal vasitəsilə dövlət qurumları tərəfindən 200-dən çox elektron xidmətin göstərildiyini, eyni zamanda elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsi sahəsində tədbirlərin davam etdirildiyini vurğulayıb.
Hazırda “Elektron hökumət”lə bağlı növbəti Dövlət Proqramının hazırlanması üzərində işlərin aparıldığını da qeyd edən nazir müavini görülmüş işlərin davamı olaraq, bütün istiqamətlərin yenə də proqramda əsas fəaliyyət sahələri kimi yer alacağını diqqətə çatdırıb. Bu sahənin tətbiqi və inkişaf etdirilməsi üzrə beynəlxalq nailiyyətlərin öyrənilməsi zamanı Avstriya təcrübəsinin də nəzərdən keçirildiyini deyən RİTN rəsmisi sözügedən ölkənin Azərbaycanla münasibətlərin genişləndirilməsində göstərdiyi səylərin yüksək qiymətləndirildiyini, hazırda əməkdaşlıq istiqamətlərinin çox geniş olduğunu vurğulayıb.
Azərbaycanın “Elektron hökumət” sahəsində gördüyü işlərlə tanışlığından məmnunluğunu ifadə edən və ölkəmizin bu sahədə fəaliyyətini yüksək qiymətləndirən Andreas Rayxhard da Avstriya təcrübəsini əsas tutaraq, elektron xidmətlərdən istifadənin genişləndirilməsində əhali arasında aparılan təbliğat və maarifləndirmənin mühüm rol oynadığını bildirib:
“Elektron xidmətlərin tətbiqi sahəsində müxtəlif həllər, resurslardan istifadənin kütləviləşdirilməsi ilə bağlı əhali arasında maarifləndirmənin aparılması üçün Avstriya təcrübəsindən istifadə edilə bilər. Bizim təcrübəmizə görə, elektron xidmətlərdən istifadənin təbliği məktəblərdən başlanmalı, uşaqlara bu xidmətlərdən istifadə mədəniyyəti aşılanmalıdır. Bunun üçün Azərbaycana növbəti səfərlərimizdə Təhsil Nazirliyində də görüşlərimizin keçirilməsini istəyərdik”.
Müzakirələrdə davam edən görüşün sonunda qarşılıqlı maraq doğuran konkret sahələr üzrə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, bu məqsədlə müvafiq sənədlərlə tanışlıq və ətraflı araşdırmaların aparılması qərara alınıb.
Həqiqət İSABALAYEVA
Avstriya ilə İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb
Avstriyanın nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhardın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) növbəti görüş keçirilib.Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda “Elektron hökumət” quruculuğu istiqamətində xeyli iş görüldüyünü, o cümlədən müvafiq portal yaradıldığını, bu portal vasitəsilə dövlət qurumları tərəfindən 200-dən çox elektron xidmətin göstərildiyini, eyni zamanda elektron xidmətlərdən istifadənin kütləviləşdirilməsi sahəsində tədbirlərin davam etdirildiyini vurğulayıb.
Hazırda “Elektron hökumət”lə bağlı növbəti Dövlət Proqramının hazırlanması üzərində işlərin aparıldığını da qeyd edən nazir müavini görülmüş işlərin davamı olaraq, bütün istiqamətlərin yenə də proqramda əsas fəaliyyət sahələri kimi yer alacağını diqqətə çatdırıb. Bu sahənin tətbiqi və inkişaf etdirilməsi üzrə beynəlxalq nailiyyətlərin öyrənilməsi zamanı Avstriya təcrübəsinin də nəzərdən keçirildiyini deyən RİTN rəsmisi sözügedən ölkənin Azərbaycanla münasibətlərin genişləndirilməsində göstərdiyi səylərin yüksək qiymətləndirildiyini, hazırda əməkdaşlıq istiqamətlərinin çox geniş olduğunu vurğulayıb.
Azərbaycanın “Elektron hökumət” sahəsində gördüyü işlərlə tanışlığından məmnunluğunu ifadə edən və ölkəmizin bu sahədə fəaliyyətini yüksək qiymətləndirən Andreas Rayxhard da Avstriya təcrübəsini əsas tutaraq, elektron xidmətlərdən istifadənin genişləndirilməsində əhali arasında aparılan təbliğat və maarifləndirmənin mühüm rol oynadığını bildirib:
“Elektron xidmətlərin tətbiqi sahəsində müxtəlif həllər, resurslardan istifadənin kütləviləşdirilməsi ilə bağlı əhali arasında maarifləndirmənin aparılması üçün Avstriya təcrübəsindən istifadə edilə bilər. Bizim təcrübəmizə görə, elektron xidmətlərdən istifadənin təbliği məktəblərdən başlanmalı, uşaqlara bu xidmətlərdən istifadə mədəniyyəti aşılanmalıdır. Bunun üçün Azərbaycana növbəti səfərlərimizdə Təhsil Nazirliyində də görüşlərimizin keçirilməsini istəyərdik”.
Müzakirələrdə davam edən görüşün sonunda qarşılıqlı maraq doğuran konkret sahələr üzrə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, bu məqsədlə müvafiq sənədlərlə tanışlıq və ətraflı araşdırmaların aparılması qərara alınıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 932
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür