12px13px15px17px
Tarix:25/04/13

Latviya poçt-maliyyə xidmətlərinin tətbiqi sahəsində Azərbaycanın təcrübəsini öyrənməyə maraqlıdır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu gün Latviyanın Rabitə və Nəqliyyat Nazirliyinin dövlət katibinin müavini Uldis Reymanis və Latviya Poçtunun idarə heyətinin sədri Maris Kleynberqslə görüş keçirilib.

Görüş çərçivəsində rabitə və informasiya texnologiyaları nazirinin  müavini İltimas Məmmədov qonaqlara ölkədə həyata keçirilən prioritet layihələr, o cümlədən Azərbaycanın ilk telekommunikasiya peyki, rəqəmli televiziya yayımına keçid, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, genişzolaqlı internetin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Eyni zamanda Latviya ilə Azərbaycan arasında poçt sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Uldis Reymands Azərbaycanda həyata keçirilən innovativ layihələrdə iştirak etməkdə maraqlı olduğunu, o cümlədən genişzolaqlı internetin inkişafı sahəsində təcrübə mübadiləsi aparmağa hazır olduqlarını bildirib. "Latviyada hazırda genişzolaqlı internetin inkişafı layihəsi uğurla həyata keçirilib və hazırda bu layihə başa
çatmaq üzrədir. Biz öz müsbət təcrübəmizi sizinlə bölüşməyə hazırıq.

Tərəflər eyni zamanda poçt sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini bildiriblər. Belə ki, Latviya poçtunun rəhbəri Maris Kleenberqs qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın milli operatoru "Azərpoçt"la STEFİ (Secured Transfer of Electronic Financial İnformation) elektron pul köçürmələri sisteminə qoşulmaqla bağlı məsələ müzakirə edilib.

"Biz Azərbaycanın bu sistem üzrə təcrübəsi ilə yaxından tanış olmaq istəyirik. Hesab edirəm ki, bu sistem Azərbaycanla Latviya arasında pul köçürmələrinin sürətləndirilməsinə müsbət təsir göstərəcək. Biz öz növbəmizdə "Azərpoçt"a son iki il ərzində hazırladığımız "Poçt xidmətlərinin maya dəyərinin uçotu sistemi"ni təqdim etməyə və bu sahədə öz təcrübəmizi bölüşməyə hazırıq. Eyni zamanda "Azərpoçt"un maliyyə xidmətlərinin təşkili sahəsində təcrübəsi ilə tanış olmaq istərdik", - M. Kleenberqs qeyd edib.

İ. Məmmədov öz növbəsində Azərbaycanın poçt sahəsində logistika xidmətlərinin inkişaf etdirilməsində və Latviya ilə elektron ticarət layihələri çərçivəsində poçt pul tranzaksiyalarının artırılmasına nail olmaqda maraqlı olduğunu deyib.



Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024