Tarix:08/05/13
Görüşdə nazir bildirib ki, son dövrlər “Türk Telekom” şirkəti tərəfindən müasir texnologiyaların tətbiqi və yeni xidmətlərin bazara təqdim edilməsi sahəsində görülən işlər digər ölkələr üçün də nümunədir. Əli Abbasov ölkələrimiz arasında mövcud qardaşlıq və strateji əməkdaşlığın gücləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən də “Türk Telekom”un özünəməxsus payı olduğunu vurğulayıb.
Öz növbəsində ölkəmizdə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı aparılan tədbirləri yüksək qiymətləndirən Tahsin Yılmaz isə Azərbaycanda yerli kontentin formalaşdırılması, həmçinin telekommunikasiya şəbəkəsinin genişlənməsi, yeni xidmətlərin təqdim edilməsi sahəsində öz təcrübələrini paylaşmağa hər zaman hazır olduqlarını vurğulayıb.
O, eyni zamanda Türkiyənin “elektron hökumət”, elektron səhiyyə, elektron təhsil və s. istiqamətlərdə apardığı işlərə də toxunaraq, Azərbaycanın təhsil sahəsində “Türk Telekom”un “Vitamin” təhsil proqramının lokallaşdırılmasının müsbət təcrübə olacağını qeyd edib.
“Türk Telekom”un Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) Konsorsiumunun formalaşmasında ilk operatorlardan biri olduğunu da xatırladan Tahsin Yılmaz layihənin gerçəkləşməsinin Avropa ilə Çin arasında elektron ticarətin, internet kontentlərinin inkişafına gətirib çıxaracağına, bunun isə türkdilli ölkələr, xüsusən də Türkiyə ilə Azərbaycan üçün faydalı olacağını söyləyib.
“Türk Telekom”un bu istiqamətdə bütün iqtisadi imkanlarını səfərbər edəcəyini də deyən baş direktor gələcəkdə bununla bağlı Orta Asiya ölkələri ilə aparılan danışıqların intensivləşdiriləcəyini bildirib.
Nazir “Türk Telekom”un baş direktoru ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Türkiyənin telekommunikasiya şirkəti olan “Türk Telekom”un baş direktoru Tahsin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə nazir bildirib ki, son dövrlər “Türk Telekom” şirkəti tərəfindən müasir texnologiyaların tətbiqi və yeni xidmətlərin bazara təqdim edilməsi sahəsində görülən işlər digər ölkələr üçün də nümunədir. Əli Abbasov ölkələrimiz arasında mövcud qardaşlıq və strateji əməkdaşlığın gücləndirilməsində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən də “Türk Telekom”un özünəməxsus payı olduğunu vurğulayıb.
Öz növbəsində ölkəmizdə genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi ilə bağlı aparılan tədbirləri yüksək qiymətləndirən Tahsin Yılmaz isə Azərbaycanda yerli kontentin formalaşdırılması, həmçinin telekommunikasiya şəbəkəsinin genişlənməsi, yeni xidmətlərin təqdim edilməsi sahəsində öz təcrübələrini paylaşmağa hər zaman hazır olduqlarını vurğulayıb.
O, eyni zamanda Türkiyənin “elektron hökumət”, elektron səhiyyə, elektron təhsil və s. istiqamətlərdə apardığı işlərə də toxunaraq, Azərbaycanın təhsil sahəsində “Türk Telekom”un “Vitamin” təhsil proqramının lokallaşdırılmasının müsbət təcrübə olacağını qeyd edib.
“Türk Telekom”un Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) Konsorsiumunun formalaşmasında ilk operatorlardan biri olduğunu da xatırladan Tahsin Yılmaz layihənin gerçəkləşməsinin Avropa ilə Çin arasında elektron ticarətin, internet kontentlərinin inkişafına gətirib çıxaracağına, bunun isə türkdilli ölkələr, xüsusən də Türkiyə ilə Azərbaycan üçün faydalı olacağını söyləyib.
“Türk Telekom”un bu istiqamətdə bütün iqtisadi imkanlarını səfərbər edəcəyini də deyən baş direktor gələcəkdə bununla bağlı Orta Asiya ölkələri ilə aparılan danışıqların intensivləşdiriləcəyini bildirib.
Baxış sayı: 1084
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür