Tarix:23/05/13
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət çəkən nazir ölkəmizdə həyata keçirilən islahatlardan, o cümlədən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından söz açıb.
Nazir konsepsiyada əsas istiqamətlər kimi, gələcək inkişaf perspektivlərində elm, təhsil və texnologiyaların əsas rol oynayacağını, Azərbaycanda artıq biliklər iqtisadiyyatına keçidin təməlinin qoyulduğunu, bu aspektdə ölkədə elektron elmin inkişaf etdirilməsi üçün "Elsevier" kimi nüfuzlu, beynəlxalq elektron kitabxanalarla əməkdaşlığın vacibliyini vurğulayıb.
Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin davamlı yüksəlişindən məmnunluğunu ifadə edən Yonqsunk Çhi da öz növbəsində, dünya elmi nəşriyyat bazarında 25 faizlik çəkiyə, eyni zamanda "ScienceDirect", "Scopus", "SciVal" kimi elmi məlumat bazalarına sahib olduqlarını diqqətə çatdırıb.
Qonaq bildirib ki, dünyanın ən qocaman nəşriyyatı kimi, "Elsevier"in elmi bazası Azərbaycan alimlərinin gələcək elmi fəaliyyətində, apardıqları elmi tədqiqatlarda yüksək informasiya mənbəyi kimi çıxış edə bilər.
Azərbaycanla münasibətlərin bundan sonra da inkişafında maraqlı olduqlarını deyən nəşriyyat rəhbəri əlaqələrin intensivləşməsinin Azərbaycan elminə, o cümlədən ölkəmizdə elektron elmin formalaşmasına mühüm töhfə verə biləcəyini vurğulayıb.
Nazir “Elsevier” nəşriyyatının rəhbəri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Niderlandın "Elsevier" nəşriyyatının rəhbəri Yonqsunk Çhi ilə görüşüb.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət çəkən nazir ölkəmizdə həyata keçirilən islahatlardan, o cümlədən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından söz açıb.
Nazir konsepsiyada əsas istiqamətlər kimi, gələcək inkişaf perspektivlərində elm, təhsil və texnologiyaların əsas rol oynayacağını, Azərbaycanda artıq biliklər iqtisadiyyatına keçidin təməlinin qoyulduğunu, bu aspektdə ölkədə elektron elmin inkişaf etdirilməsi üçün "Elsevier" kimi nüfuzlu, beynəlxalq elektron kitabxanalarla əməkdaşlığın vacibliyini vurğulayıb.
Azərbaycanın iqtisadi inkişaf səviyyəsinin davamlı yüksəlişindən məmnunluğunu ifadə edən Yonqsunk Çhi da öz növbəsində, dünya elmi nəşriyyat bazarında 25 faizlik çəkiyə, eyni zamanda "ScienceDirect", "Scopus", "SciVal" kimi elmi məlumat bazalarına sahib olduqlarını diqqətə çatdırıb.
Qonaq bildirib ki, dünyanın ən qocaman nəşriyyatı kimi, "Elsevier"in elmi bazası Azərbaycan alimlərinin gələcək elmi fəaliyyətində, apardıqları elmi tədqiqatlarda yüksək informasiya mənbəyi kimi çıxış edə bilər.
Azərbaycanla münasibətlərin bundan sonra da inkişafında maraqlı olduqlarını deyən nəşriyyat rəhbəri əlaqələrin intensivləşməsinin Azərbaycan elminə, o cümlədən ölkəmizdə elektron elmin formalaşmasına mühüm töhfə verə biləcəyini vurğulayıb.
Baxış sayı: 1087
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür