Tarix:24/06/13
R.Sudan ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. Dünya Bankının İKT sektoru ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan qonaq bununla bağlı böyük təcrübələrinin olduğunu önə çəkib. R.Sudan Dünya Bankının Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: «Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və "elektron hökumət" quruculuğundan ibarətdir. Biz hesab edirik ki, Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq».
RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov ölkəmizin sektor üzrə əldə etdiyi təcrübə və görülən işlərlə bağlı qonaqları məlumatlandırıb. Azərbaycanda "elektron hökumət" quruculuğu istiqamətində geniş işlər görüldüyünü, artıq bir çox dövlət xidmətlərinin elektronlaşdırıldığını və əhalinin istifadəsinə verildiyini qonaqların diqqətinə çatdırıb.
Sonra birlik və müəssisələrin rəhbərləri həyata keçirilən işlərlə bağlı geniş məlumat verərək Dünya Bankı ilə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.
SEYMUR
Dünya Bankı RİTN-lə 3 istiqamət üzrə əməkdaşlıq etmək istəyir
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Dünya Bankının İKT sektorunun meneceri Randip Sudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. RİTN-in şöbə müdirlərinin, birlik və müəssisə rəhbərlərinin iştirak etdiyi görüşdə Azərbaycanda həyata keçirilən İKT layihələrdən söz açılıb.R.Sudan ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. Dünya Bankının İKT sektoru ilə əlaqədar həyata keçirdiyi layihələrdən danışan qonaq bununla bağlı böyük təcrübələrinin olduğunu önə çəkib. R.Sudan Dünya Bankının Azərbaycanla əsasən 3 istiqamət üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb: «Bu üç istiqamət genişzolaqlı internetin inkişafı, kibertəhlükəsizlik məsələləri və "elektron hökumət" quruculuğundan ibarətdir. Biz hesab edirik ki, Azərbaycanın sözügedən sahələr üzrə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Ona görə də bu istiqamətdə əməkdaşlıq etməkdə maraqlıyıq».
RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov ölkəmizin sektor üzrə əldə etdiyi təcrübə və görülən işlərlə bağlı qonaqları məlumatlandırıb. Azərbaycanda "elektron hökumət" quruculuğu istiqamətində geniş işlər görüldüyünü, artıq bir çox dövlət xidmətlərinin elektronlaşdırıldığını və əhalinin istifadəsinə verildiyini qonaqların diqqətinə çatdırıb.
Sonra birlik və müəssisələrin rəhbərləri həyata keçirilən işlərlə bağlı geniş məlumat verərək Dünya Bankı ilə mümkün əməkdaşlığı nəzərdən keçiriblər.
SEYMUR
Baxış sayı: 1307
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür