Tarix:18/07/13
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-İnin rəhbərlik etdiyi "KT" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə əvvəlcə koreyalı şirkətin İKT sahəsində icra etdiyi müxtəlif layihələrinin təqdimatı keçirilib.
Təqdimatdan sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə son illər Azərbaycanda uğurla həyata keçirilən layihələr haqda məlumat verərək, hazırda bu sahənin növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Ölkə başçısının hər bir kəndə və yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsi ilə bağlı müəyyən etdiyi hədəflərdən də söz açan nazir müavini bu istiqamətdə "Azərbaycanda milli genişzolaqlı internetin inkişafı" layihəsinin hazırlandığını qeyd edib.
"Layihə çərçivəsində "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur. Layihənin icrası nəticəsində Bakı şəhərində əhalinin ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində isə ən azı 30 mb/s sürətli genişzolaqlı internetlə təmin ediləcək".
İKT sahəsində digər layihələrə də toxunan E.Vəlizadə hər layihənin icrası zamanı beynəlxalq təcrübənin əsas götürüldüyünü, bu baxımdan Koreyanın qabaqcıl təcrübəsinin də əhəmiyyətli rol oynaya biləcəyini söyləyib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından söz açan səfir Çoi Suk-İn də Azərbaycanla Koreya arasında əksər istiqamətlərdə, o cümlədən İKT sahəsi üzrə davamlı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.
Görüşdə Koreya tərəfindən təqdim olunan təkliflərin qiymətləndiriləcəyi, eyni zamanda Azərbaycanda icra edilən müxtəlif istiqamətli layihələrdə Koreyanın zəngin təcrübəsindən istifadənin mümkünlüyü də vurğulanıb.
Həqiqət İSABALAYEVA
Koreya Azərbaycanla İKT sahəsində əməkdaşlıqda maraqlıdır

Baxış sayı: 1185
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür