Tarix:16/08/13
Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qonaqlara ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, Azərbaycan Respublikası Prezidenti tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna göstərilən diqqət və qayğı, əldə edilən nəticələr və gələcək perspektivlər barədə ətraflı məlumat verib. O, Azərbaycan hökumətinin siyasətinin əsas istiqamətlərindən birinin İKT sektorunda islahatların sürətləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, əsas məqsəd İKT-nin Ümumi Daxili Məhsulda payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. Son illər ərzində İKT sahəsində artım tempinin ildən-ilə yüksəldiyini vurğulayan nazir həmçinin bildirib ki, ölkədə genişzolaqlı internet istifadəçilərinin və mobil abunəçilərin sayı da sürətlə artır.
Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), "Avropa-Yaxın Şərq İnformasiya Magistralı" (EPEG - "Europe Persia Express Gateway") layihələri, eləcə də, Azərbaycanın ilk telekommunikasiya peyki barədə danışan Əli Abbasov bu layihələrə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu vurğulayıb.
Sonda nazir qonaqları maraqlandıran müxtəlif sualları cavablandırıb.
RİTN-də ABŞ konqresmenlərinin köməkçiləri ilə görüş keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycan-Amerika Birləşmiş Ştatları Mədəniyyət və Təhsil Mübadiləsi Proqramı (AUCEEP) çərçivəsində ABŞ konqresmenlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qonaqlara ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, Azərbaycan Respublikası Prezidenti tərəfindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna göstərilən diqqət və qayğı, əldə edilən nəticələr və gələcək perspektivlər barədə ətraflı məlumat verib. O, Azərbaycan hökumətinin siyasətinin əsas istiqamətlərindən birinin İKT sektorunda islahatların sürətləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, əsas məqsəd İKT-nin Ümumi Daxili Məhsulda payının yaxın 8-10 il ərzində iki dəfə artırılmasından ibarətdir. Son illər ərzində İKT sahəsində artım tempinin ildən-ilə yüksəldiyini vurğulayan nazir həmçinin bildirib ki, ölkədə genişzolaqlı internet istifadəçilərinin və mobil abunəçilərin sayı da sürətlə artır.
Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), "Avropa-Yaxın Şərq İnformasiya Magistralı" (EPEG - "Europe Persia Express Gateway") layihələri, eləcə də, Azərbaycanın ilk telekommunikasiya peyki barədə danışan Əli Abbasov bu layihələrə Qərb ölkələrinin, o cümlədən ABŞ-ın aparıcı İKT şirkətlərinin böyük marağı olduğunu vurğulayıb.
Sonda nazir qonaqları maraqlandıran müxtəlif sualları cavablandırıb.
Baxış sayı: 1066
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür