12px13px15px17px
Tarix:03/10/13

Böyük Britaniya Azərbaycanla İKT sektoru üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb.
 
Ölkələrimiz arasında İKT sahəsinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinə Böyük Britaniyanın (BB) məsləhətçi şirkətlərinin cəlb olunduğunu qeyd edərək, BB-nin ən böyük telekommunikasiya şirkəti "British Telecom"la qurulan əlaqələrdən söz açıb. 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı həyata keçirilən islahatlar, layihələr haqda səfiri məlumatlandıran Ə.Abbasov  sözügedən sahədə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli şəraitin olduğunu vurğulayaraq, yeni təyin olunmuş səfirin bu əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
 
 
Azərbaycan prezidentinin İKT sektorunu prioritet istiqamət elan etməsini gələcəyə hesablanmış addım kimi qiymətləndirən İ.Siddiq də enerji sektorunda qurulan möhkəm əməkdaşlığın ardınca İKT sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsində maraqlı olduqlarına diqqət çəkərək, ölkəmizdə bu sahədə həyata keçirilən milli layihələr və prioritet istiqamətlərlə maraqlanıb.
 
"Bakutel" sərgisi və sərgi çərçivəsində "Kibertəhlükəsizlik üzrə konfrans"da (Global Cyber Security Cooperation: Challenges and Visions) ölkəsinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə bağlı görülən işləri sürətləndirəcəyini də deyən səfir ümumilikdə diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün səylərini davam etdirəcəyini bildirib.
 
 



Baxış sayı: 1000

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024