Tarix:24/02/14
Azərbaycan prezidenti İlham Əliyevin 16-18 fevral 2009-cu il tarixində Yunanıstana səfərinin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyətinə və bu səfərlə tərəflər arasında münasibətlərin inkişafının daha da sürətlənməsinə diqqət çəkən nazir mərasimdə digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş"in imzalandığını xatırladıb. Ötən müddətdə əməkdaşlığın gücləndirilməsində bu sazişdən irəli gələn müddəaların əsas tutulduğunu deyən nazir isti münasibətlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın iqtisadi həyatında baş verən irəliləyişlərin və bu sahədə qazanılan uğurların təqdirəlayiq olduğunu deyən səfir Dimitrios Tsounqas iqtisadi böhranı artıq geridə buraxan Yunanıstanın hazırda stabil inkişaf templərinə döndüyünü, yaşadığı böhrana baxmayaraq, ölkəsinin informasiya və kommunikasiya texnologiyaları sahəsində güclü infrastruktura malik olduğunu, bu baxımdan tərəflər arasında təcrübə mübadiləsinin hər iki tərəfə fayda verə biləcəyini qeyd edib.
Öz növbəsində nazir Ə.Abbasov münasibətlərin inkişafında qarşılıqlı marağın vacibliyini vurğulayaraq, Azərbaycan şirkətlərinin yunan, Yunanıstan şirkətlərinin isə Azərbaycan bazarında fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, bu sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səfir Dimitrios Tsounqasın ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Nazir Yunanıstan Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yunanıstan Respublikasının ölkəmizdəki səfiri Dimitrios Tsounqas ilə görüşüb. Azərbaycan-Yunanıstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından söz açan nazir qarşılıqlı əməkdaşlığın qurulması və əlaqələrimizin genişləndirilməsi üçün xüsusən İKT sektorunda böyük potensialın olduğunu bildirib.Azərbaycan prezidenti İlham Əliyevin 16-18 fevral 2009-cu il tarixində Yunanıstana səfərinin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyətinə və bu səfərlə tərəflər arasında münasibətlərin inkişafının daha da sürətlənməsinə diqqət çəkən nazir mərasimdə digər sənədlərlə yanaşı, "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş"in imzalandığını xatırladıb. Ötən müddətdə əməkdaşlığın gücləndirilməsində bu sazişdən irəli gələn müddəaların əsas tutulduğunu deyən nazir isti münasibətlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın iqtisadi həyatında baş verən irəliləyişlərin və bu sahədə qazanılan uğurların təqdirəlayiq olduğunu deyən səfir Dimitrios Tsounqas iqtisadi böhranı artıq geridə buraxan Yunanıstanın hazırda stabil inkişaf templərinə döndüyünü, yaşadığı böhrana baxmayaraq, ölkəsinin informasiya və kommunikasiya texnologiyaları sahəsində güclü infrastruktura malik olduğunu, bu baxımdan tərəflər arasında təcrübə mübadiləsinin hər iki tərəfə fayda verə biləcəyini qeyd edib.
Öz növbəsində nazir Ə.Abbasov münasibətlərin inkişafında qarşılıqlı marağın vacibliyini vurğulayaraq, Azərbaycan şirkətlərinin yunan, Yunanıstan şirkətlərinin isə Azərbaycan bazarında fəaliyyəti üçün geniş imkanların olduğunu bildirib, bu sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səfir Dimitrios Tsounqasın ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Baxış sayı: 960
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür