Tarix:28/04/14
Görüşdə ölkələrimiz arasındakı əlaqələrdən söz açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını, Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyaya məlum səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə güclü təkan verdiyini, qarşılıqlı əlaqələrin inkişafında müsbət dinamikanın davam etdiyini bildirib.
Azərbaycan-Yaponiya münasibətlərində İKT, yüksək texnologiyalar sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanların yarandığını da deyən nazir ötən ilin dekabrında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərini, səfər çərçivəsində Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, "Mitsubishi", "TEPIA" - Yüksək Texnologiyalar Mərkəzi və digər aparıcı şirkətlərin rəhbərləri ilə keçirilən uğurlu görüşləri xatırladıb.
Azərbaycanın iqtisadi inkişaf planlarında iqtisadiyyatın diversifikasiyası baxımımdan İKT, xüsusən yüksək texnologiyalar sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı addımlardan, o cümlədən yaradılan cəlbedici, azad, əlverişli biznes mühiti, xarici investorların cəlbi üçün imkanların genişləndirilməsindən söz açıb. Belə bir mühitdə digər ölkələr kimi, Yaponiya şirkətlərinin də ölkəmizdə fəaliyyətini genişləndirməkdə maraqlı olduqlarını vurğulayan nazir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün kosmik texnologiyalar, nanotexnologiyalar və mikroelektronika, rəqəmli infrastrukturun yaradılması kimi üç əsas istiqamətə diqqət verildiyini qeyd edib.
Əlaqələrin intensivləşməsində qarşılıqlı səfərlərin önəminə diqqət çəkən Takao Makino da İKT, yüksək texnologiyalar istiqamətləri üzrə Azərbaycan-Yaponiya münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərinin müsbət rolu olduğunu vurğulayıb. Yeni yaranmış RYTN-i ölkənin yüksək texnologiyalar sahəsi üzrə gələcək hədəflərinin göstəricisi kimi dəyərləndirən qonaq yapon şirkətlərinin Azərbaycanda yüksək texnologiyalar sahəsi üzrə fəaliyyətə göstərdikləri marağı təqdirəlayiq qiymətləndirib.
İKT sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin bağlanması üzrə İşçi Qrup səviyyəsində aparılan hazırlıq işlərinə də toxunan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib. İKT və yüksək texnologiyalar sahəsi üzrə Azərbaycanın böyük layihələrində yapon şirkətlərinin iştirakının sevindirici hal olduğunu da nəzərə çatdıran Takao Makino qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə əminliyini bildirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Yaponiya nümayəndə heyəti ilə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Takao Makinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Görüşdə ölkələrimiz arasındakı əlaqələrdən söz açan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını, Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyaya məlum səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə güclü təkan verdiyini, qarşılıqlı əlaqələrin inkişafında müsbət dinamikanın davam etdiyini bildirib.
Azərbaycan-Yaponiya münasibətlərində İKT, yüksək texnologiyalar sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanların yarandığını da deyən nazir ötən ilin dekabrında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərini, səfər çərçivəsində Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, "Mitsubishi", "TEPIA" - Yüksək Texnologiyalar Mərkəzi və digər aparıcı şirkətlərin rəhbərləri ilə keçirilən uğurlu görüşləri xatırladıb.
Azərbaycanın iqtisadi inkişaf planlarında iqtisadiyyatın diversifikasiyası baxımımdan İKT, xüsusən yüksək texnologiyalar sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı addımlardan, o cümlədən yaradılan cəlbedici, azad, əlverişli biznes mühiti, xarici investorların cəlbi üçün imkanların genişləndirilməsindən söz açıb. Belə bir mühitdə digər ölkələr kimi, Yaponiya şirkətlərinin də ölkəmizdə fəaliyyətini genişləndirməkdə maraqlı olduqlarını vurğulayan nazir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün kosmik texnologiyalar, nanotexnologiyalar və mikroelektronika, rəqəmli infrastrukturun yaradılması kimi üç əsas istiqamətə diqqət verildiyini qeyd edib.
Əlaqələrin intensivləşməsində qarşılıqlı səfərlərin önəminə diqqət çəkən Takao Makino da İKT, yüksək texnologiyalar istiqamətləri üzrə Azərbaycan-Yaponiya münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərinin müsbət rolu olduğunu vurğulayıb. Yeni yaranmış RYTN-i ölkənin yüksək texnologiyalar sahəsi üzrə gələcək hədəflərinin göstəricisi kimi dəyərləndirən qonaq yapon şirkətlərinin Azərbaycanda yüksək texnologiyalar sahəsi üzrə fəaliyyətə göstərdikləri marağı təqdirəlayiq qiymətləndirib.
İKT sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişin bağlanması üzrə İşçi Qrup səviyyəsində aparılan hazırlıq işlərinə də toxunan Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib. İKT və yüksək texnologiyalar sahəsi üzrə Azərbaycanın böyük layihələrində yapon şirkətlərinin iştirakının sevindirici hal olduğunu da nəzərə çatdıran Takao Makino qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə əminliyini bildirib.
Baxış sayı: 1495
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür