Tarix:29/04/14
Qonaqları RYTN-in fəaliyyət istiqamətləri ilə də tanış edən nazir buraya telekommunikasiya, poçt, radio-TV yayımı, radiotezliklərin idarəedilməsi, internet, elektron xidmətlərin təşkili, kosmik sənaye, yüksək texnologiyalar, o cümlədən bio və nanotexnologiyalar, mikroelektronika sahələrinin daxil olduğunu, həmçinin, Azərbaycanın gələcək inkişaf strategiyasında İKT-nin yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi önə çəkildiyini, sahənin hərtərəfli inkişafına nail olunması üçün müvafiq hədəflərin yer aldığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın qəbul edildiyini nəzərə çatdırıb. İnnovativ, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi investisiya siyasətindən də danışan nazir bu imkanların xorvat şirkətləri üçün də açıq olduğunu qeyd edib.
Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə isti münasibətlərin formalaşdığını deyən Stepan Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafı və daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan “İnfoCumulus”-un ölkəmizdə öz nümayəndəliyini açmaq, biznes-konsaltinq, “bulud” texnologiyalarının tətbiqi kimi müxtəlif İT həlləri və xidmətləri təqdim etmək niyyətində olduğu vurğulanıb, eyni zamanda Xorvatiyada poçt dövriyyəsinin avtomatlaşdırılması layihəsinin əsas icraçısı olan “ALFATEC Group” poçt sistemində həyata keçirdiyi layihələrlə tanışlıq üçün Azərbaycan tərəfini öz ölkəsinə dəvət edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xorvatiyanın sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Ölkələrimiz arasında qurulan münasibətlərin qarşılıqlı dost və faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdıran rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov əlaqələrin dinamik şəkildə inkişaf etdiyini qeyd edib.Qonaqları RYTN-in fəaliyyət istiqamətləri ilə də tanış edən nazir buraya telekommunikasiya, poçt, radio-TV yayımı, radiotezliklərin idarəedilməsi, internet, elektron xidmətlərin təşkili, kosmik sənaye, yüksək texnologiyalar, o cümlədən bio və nanotexnologiyalar, mikroelektronika sahələrinin daxil olduğunu, həmçinin, Azərbaycanın gələcək inkişaf strategiyasında İKT-nin yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi önə çəkildiyini, sahənin hərtərəfli inkişafına nail olunması üçün müvafiq hədəflərin yer aldığı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın qəbul edildiyini nəzərə çatdırıb. İnnovativ, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi investisiya siyasətindən də danışan nazir bu imkanların xorvat şirkətləri üçün də açıq olduğunu qeyd edib.
Azərbaycanla Xorvatiya arasında bütün səviyyələrdə isti münasibətlərin formalaşdığını deyən Stepan Mesiç ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayaraq, bu əməkdaşlığın uğurlu inkişafından məmnunluğunu ifadə edib. Münasibətlərin dinamik inkişafı və daha da gücləndirilməsində qarşılıqlı marağın olduğunu deyən sabiq prezident bu baxımdan Xorvatiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Daha sonra Xorvatiya nümayəndə heyətinin tərkibində təmsil olunan “İnfoCumulus”-un ölkəmizdə öz nümayəndəliyini açmaq, biznes-konsaltinq, “bulud” texnologiyalarının tətbiqi kimi müxtəlif İT həlləri və xidmətləri təqdim etmək niyyətində olduğu vurğulanıb, eyni zamanda Xorvatiyada poçt dövriyyəsinin avtomatlaşdırılması layihəsinin əsas icraçısı olan “ALFATEC Group” poçt sistemində həyata keçirdiyi layihələrlə tanışlıq üçün Azərbaycan tərəfini öz ölkəsinə dəvət edib.
Baxış sayı: 986
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür