12px13px15px17px
Tarix:13/05/14

Fransa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olundu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Fransanın Müdafiə Sənayesi Təşkilatının (GİCAT)  və Fransanın Sahibkarlar Təşkilatının  (MEDEF) prezidenti  Kristian Monsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
Görüşdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə İKT sektorunda aparılan islahatlar,  həyata keçirilən milli və regional layihələr, o cümlədən, kosmik sənayenin inkişafı, nanotexnologiyaların və nüvə tədqiqatlarının  genişləndirilməsi istiqamətində həyata keçirilən  işlər barədə qonaqları məlumatlandırıb.
 
 Nazir, həmçinin  yüksək texnologiyaların tətbiqi ilə Fransa şirkətləri tərəfindən Azərbaycanın ilk telekommunikasiya  peykinin orbitə  buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

"Biz Fransa şirkətlərini "Fiber-to-home" texnologiyasının tətbiqi ilə Azərbaycanda genişzolaqlı internetin inkişafı, data mərkəzlərinin yaradılması, ixracyönümlü məhsulların istehsalı, nüvə tədqiqatları üzrə rentabelli layihələri həyata keçirmək üçün birgə əməkdaşlığa  dəvət edirik" - deyə bildirib.
 
Fransa şirkətləri öz növbələrində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə kosmik sənayenin inkişafı, o cümlədən peykin optik müşahidəsi və nüvə araşdırmaları sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
 
Nümayəndə heyətinin rəhbəri  Kristian  Mons Azərbaycanın İKT sektorunda Fransa şirkətlərinin iştirakından  və ilk peykin kosmik fəzaya buraxılmasında fransız maliyyə təsisatlarının verdiyi töhfədən məmnunluğunu ifadə edib. O, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd edib və həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulayıb.
 
 
 
 
 



Baxış sayı: 1641

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024