Tarix:11/06/14
Nazir Əli Abbasov ölkəmizdə peyk sənayesinin qurulması və inkişafı ilə əlaqədar icra edilən dövlət proqramı, həyata keçirilən islahatlar, həmçinin Azərbaycanın orbitdə yer alan ilk telekommunikasiya peyki "Azerspace"-in kommersiya fəaliyyəti, peyk üzərindən yayımlanan yerli və xarici televiziya kanallarının sayının artmasından söz açıb. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində perspektiv planlardan da danışan nazir hazırda növbəti peyk layihələrinin icra edildiyini, o cümlədən "Azərspace-2" ikinci telekommunikasiya peykinin buraxılması və Yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması istiqamətində görülən işləri nəzərə çatdırıb.
Ölkəmizi "Dünya kosmik klubu"na üzv olması münasibətilə təbrik edən beynəlxalq təşkilatın rəhbərləri daha sonra 1964-cü ildə təsis edilən təşkilatın bugünkü fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər. Qeyd edilib ki, 50 illik tarixə malik və dünyanın əksər ölkələrini peyk rabitəsi xidmətləri ilə təmin edən "Intelsat"-ın hazırda təxminən 143-dən artıq üzvü var. Azərbaycanla da yeni əməkdaşlığın qurulmasında maraqlı olan təşkilat bu istiqamətdə "Azərkosmos" ASC ilə birgə fəaliyyəti hədəfləyən intensiv danışıqlar aparır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar "Azərkosmos"-ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.
Peyk rabitəsi üzrə dünyanın ən böyük təşkilatı olan “Intelsat” yeni əməkdaşlıq istiqamətləri ilə bağlı Azərbaycanla intensiv danışıqlar aparır
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov peyk rabitəsi sahəsində dünyanın ən böyük beynəlxalq təşkilatı olan "Intelsat"-ın (The International Telecommunications Satellite Organization) baş icraçı direktoru Devid Makqleyd və prezidenti Stiven Şpenqler ilə görüşüb.Nazir Əli Abbasov ölkəmizdə peyk sənayesinin qurulması və inkişafı ilə əlaqədar icra edilən dövlət proqramı, həyata keçirilən islahatlar, həmçinin Azərbaycanın orbitdə yer alan ilk telekommunikasiya peyki "Azerspace"-in kommersiya fəaliyyəti, peyk üzərindən yayımlanan yerli və xarici televiziya kanallarının sayının artmasından söz açıb. Kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eyni zamanda respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi istiqamətində perspektiv planlardan da danışan nazir hazırda növbəti peyk layihələrinin icra edildiyini, o cümlədən "Azərspace-2" ikinci telekommunikasiya peykinin buraxılması və Yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması istiqamətində görülən işləri nəzərə çatdırıb.
Ölkəmizi "Dünya kosmik klubu"na üzv olması münasibətilə təbrik edən beynəlxalq təşkilatın rəhbərləri daha sonra 1964-cü ildə təsis edilən təşkilatın bugünkü fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər. Qeyd edilib ki, 50 illik tarixə malik və dünyanın əksər ölkələrini peyk rabitəsi xidmətləri ilə təmin edən "Intelsat"-ın hazırda təxminən 143-dən artıq üzvü var. Azərbaycanla da yeni əməkdaşlığın qurulmasında maraqlı olan təşkilat bu istiqamətdə "Azərkosmos" ASC ilə birgə fəaliyyəti hədəfləyən intensiv danışıqlar aparır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar "Azərkosmos"-ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar.
Baxış sayı: 997
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür