Tarix:19/08/14
Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Xüsusilə həyata keçirilən yerli və regional layihələr - “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “EuraCA” (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı”ndan söz açan nazir “Huawei”in də gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
Ölkəmizdə həyata keçirilən islahatları maraqla qarşılayan Liu Jianvel də öz növbəsində, nazirə təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri haqda məlumat verib, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei”in Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.
Nazir Əli Abbasov “Huawei” şirkətinin Azərbaycan ofisinin yeni rəhbəri Liu Jianvei ilə görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov qlobal informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri üzrə aparıcı servis provayderi olan “Huawei” şirkətinin Azərbaycan ofisinə yeni təyin olunmuş rəhbəri Liu Jianvei ilə görüşüb.Azərbaycanın ümumi iqtisadi nailiyyətləri, o cümlədən də respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, perspektivlər barədə qonaqları məlumatlandıran nazir Əli Abbasov ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.
Xüsusilə həyata keçirilən yerli və regional layihələr - “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “EuraCA” (Eurasian Connectivity Alliance), fiber-optik kabel şəbəkəsi üzərindən ölkənin hər bir yaşayış məntəqəsində əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutan “Milli genişzolaqlı internetin inkişafı”ndan söz açan nazir “Huawei”in də gələcəkdə bu kimi layihələrdə iştirak edə biləcəyini vurğulayıb.
Ölkəmizdə həyata keçirilən islahatları maraqla qarşılayan Liu Jianvel də öz növbəsində, nazirə təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri haqda məlumat verib, mobil rabitə, internet və informasiya-kommunikasiya texnologiyaları sahəsində “Huawei”in Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirib.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.
Baxış sayı: 1079
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür