Tarix:01/09/14
Görüşdə nazir Əli Abbasov Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərindən, perspektiv planlarından söz açıb.
Bu gün nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə istifadəsini önə çəkən nazir Azərbaycanın nüvə xammal ehtiyatları potensialına, eyni zamanda nüvə texnologiyalarının tədqiqi sahəsində müvafiq təcrübəyə malik olduğunu, keçmiş sovet dönəmindən indiyə qədər respublikada bu sahədə müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.
Nümayəndə heyətinə rəhbərlik edən CERN-in Departament rəhbəri Dr.Vob Rübiger 21 üzvü olan Avropa Nüvə Tədqiqatları Mərkəzinin bir çox ölkələrlə əməkdaşlıq etdiyini, Azərbaycanın da bu ölkələrdən biri olduğunu nəzərə çatdırıb. Ölkəmizlə CERN arasında qurulan əməkdaşlığın təməli və bu münasibətlərin inkişaf mərhələlərini də diqqətə çatdıran qonaq bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüşdə həmçinin yüksəkixtisaslı kadr hazırlığı, qarşılıqlı tədqiqatların genişləndirilməsi və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Avropa Nüvə Tədqiqatları Mərkəzinin mütəxəssisləri RYTN-də olub
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüşüb.Görüşdə nazir Əli Abbasov Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafı üzrə həyata keçirilən islahatlar, o cümlədən nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərindən, perspektiv planlarından söz açıb.
Bu gün nüvə texnologiyalarının sənaye, kənd təsərrüfatı, təbabət və digər sahələrdə istifadəsini önə çəkən nazir Azərbaycanın nüvə xammal ehtiyatları potensialına, eyni zamanda nüvə texnologiyalarının tədqiqi sahəsində müvafiq təcrübəyə malik olduğunu, keçmiş sovet dönəmindən indiyə qədər respublikada bu sahədə müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.
Nümayəndə heyətinə rəhbərlik edən CERN-in Departament rəhbəri Dr.Vob Rübiger 21 üzvü olan Avropa Nüvə Tədqiqatları Mərkəzinin bir çox ölkələrlə əməkdaşlıq etdiyini, Azərbaycanın da bu ölkələrdən biri olduğunu nəzərə çatdırıb. Ölkəmizlə CERN arasında qurulan əməkdaşlığın təməli və bu münasibətlərin inkişaf mərhələlərini də diqqətə çatdıran qonaq bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüşdə həmçinin yüksəkixtisaslı kadr hazırlığı, qarşılıqlı tədqiqatların genişləndirilməsi və s. istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1169
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür