Tarix:20/09/14
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva, Argentinanın kosmik texnologiyalar və nüvə tədqiqatları sahəsi üzrə ixtisaslaşan "İNVAP" şirkətinin Departament rəhbəri Ruben Mazzi ilə görüşüb.
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayan nazir Əli Abbasov ikitərəfli münasibətlərin uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin xüsusi yer tutduğunu bildirib. Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yüksək potensialın olduğunu qeyd edən nazir gələcək əməkdaşlıq istiqamətlərindən söz açıb.
Nazir Əli Abbasovun cari ilin mart ayında Argentinaya işgüzar səfərinin uğurlu və səmərəli nəticələrinə toxunan səfir Karlos Dante Riva bu səfərin iki ölkə arasında İKT sahəsində əlaqələrin yaxınlaşmasında faydalı olduğunu və münasibətlərin inkişafında yeni mərhələ açdığını nəzərə çatdırıb. Argentinalı şirkətlərin Azərbaycanda maraq göstərdiyi sahələrdən də söz açan diplomat "İNVAP"-ın ölkəmizdə həyata keçirilən növbəti peyk layihələri ilə bağlı elan ediləcək tenderlərdə iştirak edəcəyini, eyni zamanda dünyanın müxtəlif ölkələrində nüvə reaktorlarının qurulmasında yaxından iştirak edən şirkətin Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində yaradılan "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin fəaliyyətinə də maraq göstərdiyini, artıq "İNVAP"-la "Milli Nüvə Tədqiqatları Mərkəzi" arasında müzakirələrə başlandığını söyləyib.
Görüşdə, həmçinin "İNVAP" şirkətinin Azərbaycandakı tərəfdaşları -"Nobel Oil" və "Mineks İnternational" şirkətlərinin nümayəndələri də iştirak ediblər.
Argentina Azərbaycanda nüvə tədqiqatları və kosmik sənaye sahələrinə maraq göstərir

Baxış sayı: 1249
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür