Tarix:20/09/14
Ölkələrimiz arasında bütün sahələrdə strateji və dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Nikolay Paskeviç rabitə və yüksək texnologiyalar sahəsində də mövcud əməkdaşlığın yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.
Azərbaycanın iqtisadi imkanlarının yüksək texnologiyalar sahəsini daha da inkişaf etdirməyə imkan verdiyini deyən diplomat bu sahədə Belarusun öz təcrübəsini paylaşmaqda, xüsusən ölkəsində fəaliyyət göstərən yüksək texnoparkların Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda Belarus şirkətlərinin ölkəmizdə kosmik sənayenin inkişafında iştirak etmək niyyətində olduğunu bildirib.
Diplomat ölkəsini təmsil edən şirkətlərin cari ilin 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel-2014”-ə qatılacaqlarını və burada öz məhsul və xidmətlərini nümayiş etdirəcəklərini də diqqətə çatdırıb.
Belarus yüksək texnologiyalar sahəsində Azərbaycanla öz təcrübəsini paylaşmaqda maraqlıdır
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yermolayeviç Paskeviçlə görüşüb. Ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində rabitə və yüksək texnologiyalar istiqamətinin də xüsusi əhəmiyyət daşıdığını, bu sahədə qarşılıqlı marağın olduğunu önə çəkib.Ölkələrimiz arasında bütün sahələrdə strateji və dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Nikolay Paskeviç rabitə və yüksək texnologiyalar sahəsində də mövcud əməkdaşlığın yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.
Azərbaycanın iqtisadi imkanlarının yüksək texnologiyalar sahəsini daha da inkişaf etdirməyə imkan verdiyini deyən diplomat bu sahədə Belarusun öz təcrübəsini paylaşmaqda, xüsusən ölkəsində fəaliyyət göstərən yüksək texnoparkların Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda Belarus şirkətlərinin ölkəmizdə kosmik sənayenin inkişafında iştirak etmək niyyətində olduğunu bildirib.
Diplomat ölkəsini təmsil edən şirkətlərin cari ilin 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel-2014”-ə qatılacaqlarını və burada öz məhsul və xidmətlərini nümayiş etdirəcəklərini də diqqətə çatdırıb.
Baxış sayı: 1213
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür