12px13px15px17px
Tarix:20/09/14

Nazir Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gaterlə görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüşüb.
 
Ölkələrimiz arasında qurulan münasibətlərin uğurlu inkişafına toxunan nazir yaranan əməkdaşlığın davam etdirilməsi üçün rabitə və yüksək texnologiyalar sahəsində mövcud potensialdan və gələcək inkişaf perspektivlərindən söz açıb.
 
Nazir kolumbiyalı həmkarı ilə keçirdiyi ikitərəfli görüşləri və aparılan müzakirələri də xatırladaraq, Dünya İqtisadi Forumu, Beynəlxalq Telekommunikasiya İttifaqının yüksəksəviyyəli tədbirlərində Kolumbiyanın ölkəmizlə bağlı məsələlərə isti münasibət göstərdiyini qeyd edib, eyni zamanda Azərbaycanda yeni açılmış səfirliyin, həmçinin diplomatın iki ölkə arasında münasibətlərin daha da yaxınlaşmasına töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
 
 
Cari ildən ölkəmizdə diplomatik fəaliyyətə başlayan müvəqqəti işlər vəkili Assad Jose Gater Azərbaycanda aparılan iqtisadi islahatları izlədiyini, eyni zamanda ölkəsinin yüksək texnologiyalar sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Əməkdaşlıq imkanlarının nümayişi üçün "Bakutel" sərgi-konfransını yüksək qiymətləndirən müvəqqəti işlər vəkili kolumbiyalı şirkətlərin cari ildə keçiriləcək tədbirə qatılması ilə bağlı hazırlıq işlərinə başlanacağını bildirib.



Baxış sayı: 1240

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024