Tarix:25/09/14
Görüş zamanı Müctəba Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M.Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, 3-cü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
İran səfərinin təəssüratlarını və uğurlu nəticələrini bölüşən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib.
İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran Əli Abbasov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də iştirak edib.
İKT sahəsində İran-Azərbaycan əlaqələri daha da genişləndiriləcək
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi ilə görüşüb.Görüş zamanı Müctəba Haşimi Bakıda ilk dəfə olmağından məmnunluğunu ifadə edərək səfərin iki ölkə arasında İKT sahəsində əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıdığını bildirib.
İranın bir sıra aparıcı İT şirkətlərinin də Azərbaycana gəldiyini diqqətə çatdıran M.Haşimi İran şirkətlərinin qarşılıqlı əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, 3-cü ölkə bazarına çıxışı təmin etmək üçün birgə fəaliyyətin də mümkünlüyünü vurğulayıb və o, bu görüşün əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
İran səfərinin təəssüratlarını və uğurlu nəticələrini bölüşən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycan və İran prezidentlərinin görüşündən sonra ölkələr arasında əlaqələr daha da genişlənib.
İqtisadi sahədə əlaqələrin inkişafında iki ölkənin iş adamlarının görüşlərinin müsbət nəticələr verəcəyini diqqətə çatdıran Əli Abbasov bundan sonra da birgə görüşlərin təşkil olunacağını, böyük layihələr reallaşdırılacağını qeyd edərək İran şirkətlərini ölkəmizin İT sahəsində həyata keçirdiyi layihələrdə iştirak etməyə dəvət edib və bunun üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.
Görüşdə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də iştirak edib.
Baxış sayı: 1273
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür