Tarix:26/09/14
Səfər çərçivəsində xanım Harito Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Azərbaycanda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən islahatlar, regional və beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan uğurlarla bağlı qonağa ətraflı məlumat verən nazir albaniyalı həmkarını iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək məqsədilə cari ilin 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya İqtisadi Forum və Azərbaycan hökumətinin iştirakı ilə reallaşacaq “Əşyaların İnterneti” beynəlxalq tədbirinin Nazirlər Konfransına dəvət edib.
Görüşdə M.Haritonun Azərbaycana edəcəyi növbəti səfərində iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb.
Albaniyanın İnnovasiya və dövlət idarəçiliyi naziri Milena Harito isə öz növbəsində Azərbaycanın elektron hökumət, informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədbirlərin Qərbdə, xüsusilə də Albaniyada böyük maraqla izlənildiyini qeyd edib. O, rəsmi Bakının uğurlu təcrübəsindən yararlanmağın Albaniya üçün faydalı olacağını bildirib.
Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində Albaniya tərəfinin maraqlı olduğunu bildirən M.Harito ölkəsinə qayıtdıqdan sonra yerli İT şirkətlərini “Bakutel” sərgi-konfransında iştirakla bağlı məlumatlandıracağını deyib.
Azərbaycan haqqında geniş məlumat əldə etməsindən məmnunluğunu ifadə edən xanım Harito gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın yüksək texnologiyalar sahəsində əldə etdiyi uğurlar Albaniyada böyük maraqla izlənilir
Albaniyanın İnnovasiya və dövlət idarəçiliyi naziri Milena Harito AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində xanım Harito Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Azərbaycanda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən islahatlar, regional və beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan uğurlarla bağlı qonağa ətraflı məlumat verən nazir albaniyalı həmkarını iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək məqsədilə cari ilin 2-5 dekabr tarixlərində keçiriləcək “Bakutel” sərgi-konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya İqtisadi Forum və Azərbaycan hökumətinin iştirakı ilə reallaşacaq “Əşyaların İnterneti” beynəlxalq tədbirinin Nazirlər Konfransına dəvət edib.
Görüşdə M.Haritonun Azərbaycana edəcəyi növbəti səfərində iki ölkə arasında rabitə və yüksək texnologiyalar sahəsində hüquqi bazanın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Anlaşma Memorandumunun imzalanması məsələsinin müzakirə edilməsi qərara alınıb.
Albaniyanın İnnovasiya və dövlət idarəçiliyi naziri Milena Harito isə öz növbəsində Azərbaycanın elektron hökumət, informasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi tədbirlərin Qərbdə, xüsusilə də Albaniyada böyük maraqla izlənildiyini qeyd edib. O, rəsmi Bakının uğurlu təcrübəsindən yararlanmağın Albaniya üçün faydalı olacağını bildirib.
Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində Albaniya tərəfinin maraqlı olduğunu bildirən M.Harito ölkəsinə qayıtdıqdan sonra yerli İT şirkətlərini “Bakutel” sərgi-konfransında iştirakla bağlı məlumatlandıracağını deyib.
Azərbaycan haqqında geniş məlumat əldə etməsindən məmnunluğunu ifadə edən xanım Harito gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Baxış sayı: 1388
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür