Tarix:02/10/14
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Görüşdə nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir Əli Abbasov BMTİP ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, eyni zamanda bütün sahələrdə, o cümlədən, rabitə və yüksək texnologiyalar sferasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Ölkəmizdə rabitə və yüksək texnologiyalar sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir xüsusilə TASİM-ə toxunaraq, Birləşmiş Millətlər Təşkilatı tərəfindən layihəyə göstərilən dəstəyi, eyni zamanda BMTİP rəhbərliyi ilə keçirilən müxtəlif səviyyəli görüşlərdə Helen Klarkın ölkəmizə münasibətini yüksək qiymətləndirib.
BMTİP rəhbəri də, öz növbəsində tərəflər arasında qurulan əməkdaşlığın gələcəkdə böyük miqyaslı tərəfdaşlığa çevriləcək layihələrin əsasını qoyduğunu bildirib. Ölkəmizin iqtisadi inkişafında İKT-nin prioritet amil kimi önə çəkildiyindən məmnunluğunu ifadə edən xanım Klark Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də informasiya texnologiyaları sahəsində inkişafı əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycanın ötənilki mövqeyindən 7 pillə irəliləyərək, 49-cu pillədə qərarlaşmasını yüksək dəyərləndirib.
Ölkəmizin donor kimi aktiv fəaliyyətinə də böyük önəm verən Helen Klark xüsusən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BMTİP-lə tərəfdaşlığı çərçivəsində Əfqanıstandan olan həmkarlarına göstərdiyi dəstəyi diqqətə çatdırıb. Ölkəmizin İKT sahəsində həyata keçirdiyi uğurlu layihələrin mütərəqqi təcrübə kimi digər ölkələrə də yayılmasının vacibliyinə toxunan BMTİP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Görüşdə daha sonra İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası ilə əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Əli Abbasov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Helen Klarkla görüşüb

Baxış sayı: 1930
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür