12px13px15px17px
Tarix:15/10/14

Litva ilə Azərbaycan arasında yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Litvanın nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviciusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkə arasında dostluq təməli üzərində qurulan əlaqələrin möhkəmləndirilməsində rabitə və informasiya-kommunikasiyalar sahəsinin özünəməxsus yer tutduğunu qeyd edən nazir Əli Abbasov əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivin olduğunu vurğulayıb.

Ölkəmizdə aparılan məqsədyönlü islahatlar ilə də qonaqları məlumatlandıran nazir Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014”-də Azərbaycanın “Şəbəkələşmə hazırlığı indeksi” üzrə dünyada 49-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə MDB-də lider mövqedə olduğunu qeyd edib. Nazir, həmçinin ölkənin prioritet istiqamətlərinə daxil olan kosmik sənaye, genişzolaqlı internet, yüksək texnologiyalar, o cümlədən, nüvə, nanotexnologiyaların inkişafı üzrə gələcək fəaliyyət planından söz açıb.
 
 
İki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən məmnunluqla söhbət açan litvalı nazir Rimantas Sinkevicius da ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyərək, əməkdaşlığın bütün sahələrdə, o cümlədən, rabitə və informasiya-kommunikasiyalar sahəsində yüksək səviyyədə qurulması üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Azərbaycanla əməkdaşlıq sahəsində maraq doğuran istiqamətlərdən söz açan Rimantas Sinkevicius xüsusən kibertəhlükəsizlik, poçt sahəsində pulköçürmələri, “Elektron imza” layihələri üzrə birgə fəaliyyəti dəstəklədiyini, həmçinin Avropa Birliyi Komissiyasının tədqiqat və innovasiya üzrə proqramı “Horizon-2020”-də Azərbaycan və Litva tərəfinin birgə iştirakının vacibliyini vurğulayıb. Azərbaycanın ilk telekommunikasiya peyki  “Azərspace-1”-in xidmətlərinə maraq göstərdiklərini də qeyd edən litvalı qonaq sözügedən istiqamətlər üzrə əməkdaşlıq təkliflərinin nəzərdən keçirilməsi üçün ekspertlərdən ibarət İşçi Qrupun yaradılmasını təklif edib.
 
 
Nazir Əli Abbasov da öz növbəsində əməkdaşlığın daha yüksək səviyyədə inkişaf etdirilməsinə qarşılıqlı marağın olduğunu bildirərək, bu münasibətlərin növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün səylərin gücləndiriləcəyini vurğulayıb.
 



Baxış sayı: 1314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024