Tarix:13/02/15
Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verən Dünya Bankının nümayəndələri “Azərpoçt” MMC, AMB, RYTN və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin mümkün istiqamətləri barədə məlumat veriblər.
Qeyd edilib ki, “Azərpoçt” MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə Dünya Bankı və SECO ilə təklif olunan yeni tərəfdaşlıq 3 komponentdən ibarətdir. Birinci komponent üzrə korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı, ikinci komponent üzrə rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur.
Sözügedən təkliflərin baxılması üçün RYTN tərəfindən Azərbaycan hökumətinə təqdim edilməsi, təkliflərə münasibət bildirildikdən sonra isə müzakirələrin davam etdirilməsi qərara alınıb.
Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Lesçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə hazırda yerinə yetirilən layihələrin icra vəziyyəti müzakirə edilib, DB ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verən Dünya Bankının nümayəndələri “Azərpoçt” MMC, AMB, RYTN və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin mümkün istiqamətləri barədə məlumat veriblər.
Qeyd edilib ki, “Azərpoçt” MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə Dünya Bankı və SECO ilə təklif olunan yeni tərəfdaşlıq 3 komponentdən ibarətdir. Birinci komponent üzrə korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı, ikinci komponent üzrə rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur.
Sözügedən təkliflərin baxılması üçün RYTN tərəfindən Azərbaycan hökumətinə təqdim edilməsi, təkliflərə münasibət bildirildikdən sonra isə müzakirələrin davam etdirilməsi qərara alınıb.
Baxış sayı: 1472
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür