12px13px15px17px
Tarix:19/02/15

Nazir Ağsu rayonunda vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun fevral ayının 20-si saat 10:00-da Ağsu rayonunda (Ağsu, Şamaxı, Qobustan) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.
 
    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Ağsu rayonunda 226-50-99
 
Şamaxı rayonunda 265-15-00
 
Qobustan rayonunda 245-23-30
 
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 
 
 
 



Baxış sayı: 905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024