Tarix:03/03/15
Görüşdə nazir Əli Abbasov Azərbaycanla Böyük Britaniya arasında yeni müstəvidə uğurla davam edən tərəfdaşlığın iqtisadi istiqamətlər, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sənayesinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir BB-nin ən böyük telekommunikasiya şirkəti "British Telecom"la qurulan əlaqələrdən söz açaraq, hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkətlinin fəaliyyətə başladığını vurğulayıb.
Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumunun imzalanmasını yüksək dəyərləndirən nazir əlaqələrin daha da gücləndirilməsinə xidmət edən bu sənədin informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
Azərbaycanla qurulan əlaqələrin inkişafından məmnunluq ifadə edən Çarls Hendri də sözügedən memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, eyni zamanda sənəddə əməkdaşlığın əsas hissəsini İT sahəsinin təşkil edəcəyini nəzərə çatdırıb. BB-nin peyk layihələrində iştirakı, xüsusən "Inmarsat" peyk şirkətinin fəaliyyəti haqda məlumat verən elçi Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərdiklərini vurğulayıb.
Əlaqələrin dərinləşməsində əsaslı platforma rolunu oynayan "Bakutel"- Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransından da danışan Ç.Hendri sayca 20-ci sərgidə Böyük Britaniyanın 7-dən artıq şirkətinin iştirak etdiyini, növbəti sərgilərə isə daha çox şirkətlərin çəlb ediləcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq yaradan digər fəaliyyət sahələri ətrafında da fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri üzrə perspektiv planlar müzakirə edilib.
Böyük Britaniya ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıq üzrə perspektiv planlar müzakirə edilib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya (BB) Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi, BB parlamentinin üzvü Çarls Hendri, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə görüşüb.Görüşdə nazir Əli Abbasov Azərbaycanla Böyük Britaniya arasında yeni müstəvidə uğurla davam edən tərəfdaşlığın iqtisadi istiqamətlər, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. Ölkələrimiz arasında informasiya texnologiyaları, peyk sənayesinin inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu deyən nazir BB-nin ən böyük telekommunikasiya şirkəti "British Telecom"la qurulan əlaqələrdən söz açaraq, hazırda Azərbaycan bazarında Böyük Britaniyanın bir neçə yeni məsləhətçi şirkətlinin fəaliyyətə başladığını vurğulayıb.
Çarls Hendrinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumunun imzalanmasını yüksək dəyərləndirən nazir əlaqələrin daha da gücləndirilməsinə xidmət edən bu sənədin informasiya texnologiyaları, yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açacağına ümidvar olduğunu bildirib.
Azərbaycanla qurulan əlaqələrin inkişafından məmnunluq ifadə edən Çarls Hendri də sözügedən memorandumun müştərək əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini, eyni zamanda sənəddə əməkdaşlığın əsas hissəsini İT sahəsinin təşkil edəcəyini nəzərə çatdırıb. BB-nin peyk layihələrində iştirakı, xüsusən "Inmarsat" peyk şirkətinin fəaliyyəti haqda məlumat verən elçi Azərbaycanla peyk sənayesində birgə layihələrə maraq göstərdiklərini vurğulayıb.
Əlaqələrin dərinləşməsində əsaslı platforma rolunu oynayan "Bakutel"- Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransından da danışan Ç.Hendri sayca 20-ci sərgidə Böyük Britaniyanın 7-dən artıq şirkətinin iştirak etdiyini, növbəti sərgilərə isə daha çox şirkətlərin çəlb ediləcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq yaradan digər fəaliyyət sahələri ətrafında da fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək istiqamətləri üzrə perspektiv planlar müzakirə edilib.
Baxış sayı: 1024
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür