Tarix:31/03/15
Görüşdə nazir Əli Abbasov dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə, o cümlədən İKT və rabitə sektoruna da nüfuz etdiyini qeyd edib.
Əməkdaşlığın daha da gücləndirilməsi üçün göstərilən bütün səy və təşəbbüslərə yüksək dəyər verdiyini bildirən nazir İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqda da fikirlərini paylaşıb.
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov da ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
Xüsusən elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnoparklar, kosmik sənaye və digər sahələrdə münasibətlərin inkişafı üçün yüksək potensialın olduğunu deyən S.Popkov yeni innovativ məhsullar üzrə Azərbaycan-Belarus birgə istehsal müəssisələrinin təsis edilməsinin də maraq doğurduğunu dilə gətirib. Hər iki ölkənin İKT şirkətlərinin daxili bazarlarda iştirakının gücləndirilməsinə də diqqət çəkən qonaq "Bakutel-2015" sərgi-konfransı çərçivəsində III "Belarus-Azərbaycan İKT Forumu"nun təşkilinin vacibliyindən söz açıb.
Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün öncədən sınaq prosedurunun həyata keçirilməsi, ilk növbədə keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb.
Eyni zamanda maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Belarus Azərbaycanla İKT sahəsində birgə istehsal müəssisələrinin təsis edilməsinə maraq göstərir
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdə nazir Əli Abbasov dövlət başçılarının rəsmi səfərlərinin dostluq və qarşılıqlı etimada əsaslanan, strateji tərəfdaşlığa çevrilən Belarus-Azərbaycan münasibətlərinin inkişaf dinamikasında xüsusi yer tutduğunu, bu əlaqələrin bütün sahələrə, o cümlədən İKT və rabitə sektoruna da nüfuz etdiyini qeyd edib.
Əməkdaşlığın daha da gücləndirilməsi üçün göstərilən bütün səy və təşəbbüslərə yüksək dəyər verdiyini bildirən nazir İKT sahəsində Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin perspektivləri haqda da fikirlərini paylaşıb.
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov da ildən-ilə möhkəmlənən qarşılıqlı münasibətlərin bütün sahələrdə daha fəal inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək, Belarusun Azərbaycanla İKT-nin bir çox istiqamətləri üzrə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb.
Xüsusən elektron təhlükəsizlik, informasiyalaşdırma, yüksək texnoparklar, kosmik sənaye və digər sahələrdə münasibətlərin inkişafı üçün yüksək potensialın olduğunu deyən S.Popkov yeni innovativ məhsullar üzrə Azərbaycan-Belarus birgə istehsal müəssisələrinin təsis edilməsinin də maraq doğurduğunu dilə gətirib. Hər iki ölkənin İKT şirkətlərinin daxili bazarlarda iştirakının gücləndirilməsinə də diqqət çəkən qonaq "Bakutel-2015" sərgi-konfransı çərçivəsində III "Belarus-Azərbaycan İKT Forumu"nun təşkilinin vacibliyindən söz açıb.
Görüşdə Azərbaycan bazarında yer almaq istəyən Belarus şirkətlərinin təqdim edəcəyi məhsul və xidmətlər üçün öncədən sınaq prosedurunun həyata keçirilməsi, ilk növbədə keyfiyyət və qiymətlər üzrə analizin aparılması, testin nəticəsi olaraq isə müvafiq qərarın verilməsi məqsədəuyğun sayılıb.
Eyni zamanda maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1629
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür