12px13px15px17px
Tarix:02/04/15

Belarus milli peykinin orbitə buraxılmasında Azərbaycanın təcrübəsindən yararlanacaq

Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç "Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə (ƏYPİM) səfər edib.
 
Səfər zamanı qonaqlara "Azərkosmos" ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması barədə geniş məlumat verilib.
 





Nazirə, həmçinin "Azerspace-1" peykinin idarəolunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə məlumat verilib.
 
Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.
 
Görüş zamanı "Azərkosmos" və Belarusun peyk operatoru  "BELİNTERSAT" arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq "BELİNTERSAT-1" peykini idarəedəcək operatorun formalaşdırılmasında "Azərkosmos"un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub.






Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə "Azerspace-1" peykinin modeli hədiyyə olunub.
 



Baxış sayı: 1640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024