Tarix:08/04/15
İclasda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəflər arasında dostluq və etimada əsaslanan münasibətlərin davamlı inkişafında İKT və rabitə sektorunun da öz yeri olduğunu qeyd edib.
Ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən danışan nazir müavini regionda ilk dəfə Azərbaycanda Tier III səviyyəsində Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması işlərinə başlanıldığını bildirib. Qonaqlar MESM-in fəaliyyət istiqaməti, parametrləri, eləcə də xidmət göstərəcəyi sahələr haqda da məlumatlandırılıblar.
Macar nümayəndə heyətinə rəhbərlik edən Macarıstanın milli inkişaf nazirinin müavini Karoy Balaj Şoymar da ölkələrimiz arasında sıx və etibarlı əməkdaşlıq əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə edib. Azərbaycanın sürətli inkişafa malik olduğunu da vurğulayan qonaq ölkəmizlə İKT sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdıraraq, xüsusən Məlumatların Emalı və Saxlanılması Mərkəzinin qurulmasına töhfə vermək istəklərini dilə gətirib.
İclasda İşçi Qrup çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
İKT sahəsində Azərbaycan-Macarıstan İşçi Qrupunun iclası keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Milli İnkişaf Nazirliyi arasında Azərbaycan Respublikasında Regional Məlumat Mərkəzinin yaradılması və innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq haqqında saziş”ə uyğun olaraq, ikitərəfli İşçi Qrupunun iclası keçirilib.İclasda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəflər arasında dostluq və etimada əsaslanan münasibətlərin davamlı inkişafında İKT və rabitə sektorunun da öz yeri olduğunu qeyd edib.
Ölkəmizdə bu sahədə həyata keçirilən işlərdən danışan nazir müavini regionda ilk dəfə Azərbaycanda Tier III səviyyəsində Məlumatların Emalı və Saxlanılması Mərkəzinin (MESM) qurulması işlərinə başlanıldığını bildirib. Qonaqlar MESM-in fəaliyyət istiqaməti, parametrləri, eləcə də xidmət göstərəcəyi sahələr haqda da məlumatlandırılıblar.
Macar nümayəndə heyətinə rəhbərlik edən Macarıstanın milli inkişaf nazirinin müavini Karoy Balaj Şoymar da ölkələrimiz arasında sıx və etibarlı əməkdaşlıq əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə edib. Azərbaycanın sürətli inkişafa malik olduğunu da vurğulayan qonaq ölkəmizlə İKT sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdıraraq, xüsusən Məlumatların Emalı və Saxlanılması Mərkəzinin qurulmasına töhfə vermək istəklərini dilə gətirib.
İclasda İşçi Qrup çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1145
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür