12px13px15px17px
Tarix:05/05/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “TeliaSonera” şirkətinin prezidenti ilə görüş keçirilib

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə səfərdə olan “TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelindin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Nazir Əli Abbasov Azərbaycanda rabitә vә yüksək texnologiyalar sahəsinin son illərdə ardıcıllıqla inkişaf etdiyinə diqqət çəkərək, bu inkişafda mobil rabitə sektorunun xüsusi çəkisi olduğunu vurğulayıb. İKT-nin digər istiqamətlərində olduğu kimi, mobil infrastrukturun modernləşdirilməsinin də əsas məsələlərdən olduğunu qeyd edən nazir bu baxımdan texniki məsələlər, eləcə də şirkətlə perspektiv əməkdaşlıq istiqamətlərindən söz açıb.
 
 
“TeliaSonera” şirkətlər qrupunun prezidenti Johan Dennelind də qarşılıqlı, faydalı  əməkdaşlıq prinsiplərinə söykənən münasibətlərin bundan sonra da uğurla davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
 
 
Görüşdə, həmçinin, “TeliaSonera” şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin mobil rabitə sektorunda qazandığı nailiyyətlərdən danışılıb, o cümlədən “Bakı 2015” Birinci Avropa Oyunlarının təşkili zamanı oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsində şirkətin yaxından iştirak etdiyi bildirilib.
 
 Eyni zamanda şirkətin Azərbaycandakı fəaliyyətinin yeni səviyyəyə qaldırılması üçün göstərilən səy və perspektiv planlara toxunulub, LTE texnologiyalarının inkişaf etdirilməsi, müştəri məmnunluğu üçün keyfiyyətin artırılması istiqamətində tədbirlərin daha da gücləndirilməsi, “Bakı 2015” Birinci Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsinin vacibliyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 



Baxış sayı: 1546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024