Tarix:07/05/15
Nazir Əli Abbasov ikitərəfli münasibətlərin uğurlu inkişafına İKT sektorunun da töhfə verə biləcəyini qeyd edərək, ölkəmizdə bu sahə üzrə həyata keçirilən islahatlar, regional təşəbbüslərdən söz açıb.
Xüsusən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə ciddi marağın olduğunu deyən nazir ölkəmizdə müşahidə edilən internetin inkişaf meyilləri, gələcəkdə bu inkişafa təkan verəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsi, eyni zamanda kosmik sənayenin inkişaf perspektivləri haqda danışıb. ABŞ şirkətlərinin Azərbaycan bazarındakı fəaliyyətinə də toxunan nazir “Cisco Systems”, “HP”, “Microsoft” kimi şirkətlərlə qurulan əməkdaşlığı diqqətə çatdırıb.
Azərbaycanda aparılan islahatlarla tanış olduğunu qeyd edən səfir Robert Sekuta isə iqtisadiyyatın gələcək inkişafının təmin edilməsində İKT sektorunun prioritet istiqamət kimi önə çəkilməsindən məmnunluğunu ifadə edib.
Peyk sənayesində Azərbaycan-ABŞ əməkdaşlığına da xüsusi toxunan diplomat gələcəkdə azərbaycanlı mütəxəssislərin ABŞ-da müəyyən ixtisaslar üzrə kadr hazırlığının aparılmasında, eləcə də İKT sahəsində ABŞ təcrübəsinin Azərbaycanla mübadiləsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə İKT sahəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı digər məsələlər ətrafında da təkliflər səsləndirilib, perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
İKT sektorunda ABŞ-Azərbaycan əlaqələri müzakirə olunub
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.Nazir Əli Abbasov ikitərəfli münasibətlərin uğurlu inkişafına İKT sektorunun da töhfə verə biləcəyini qeyd edərək, ölkəmizdə bu sahə üzrə həyata keçirilən islahatlar, regional təşəbbüslərdən söz açıb.
Xüsusən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə ciddi marağın olduğunu deyən nazir ölkəmizdə müşahidə edilən internetin inkişaf meyilləri, gələcəkdə bu inkişafa təkan verəcək “Milli genişzolaqlı internetin inkişafı” layihəsi, eyni zamanda kosmik sənayenin inkişaf perspektivləri haqda danışıb. ABŞ şirkətlərinin Azərbaycan bazarındakı fəaliyyətinə də toxunan nazir “Cisco Systems”, “HP”, “Microsoft” kimi şirkətlərlə qurulan əməkdaşlığı diqqətə çatdırıb.
Azərbaycanda aparılan islahatlarla tanış olduğunu qeyd edən səfir Robert Sekuta isə iqtisadiyyatın gələcək inkişafının təmin edilməsində İKT sektorunun prioritet istiqamət kimi önə çəkilməsindən məmnunluğunu ifadə edib.
Peyk sənayesində Azərbaycan-ABŞ əməkdaşlığına da xüsusi toxunan diplomat gələcəkdə azərbaycanlı mütəxəssislərin ABŞ-da müəyyən ixtisaslar üzrə kadr hazırlığının aparılmasında, eləcə də İKT sahəsində ABŞ təcrübəsinin Azərbaycanla mübadiləsində maraqlı olduqlarını vurğulayıb.
Görüşdə İKT sahəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafı ilə bağlı digər məsələlər ətrafında da təkliflər səsləndirilib, perspektiv planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1601
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Nazir xaricdə təhsil alan tələbələrlə görüşüb
- Türkiyə ilə Azərbaycan arasında İKT sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur
- “İCANN”-ın növbəti konfransında Azərbaycan da iştirak edəcək
- Fikrət ƏLİYEV: “RİTN-in təşkilatçılığı ilə Türkiyədə keçirilən konfrans böyük marağa səbəb oldu”
- Nazir Əli Abbasov Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
- ABŞ-ın Kaliforniya Senatının nümayəndələri RİTN-də olub
- Nazir Argentinanın elm, texnologiya və produktiv innovasiya naziri ilə görüşmüşdür
- Nazir Britaniya səfiri ilə görüşüb
- RİTN-də İsrailin rabitə naziri ilə görüş keçirilmişdir
- Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür
- BMT-nin Avropa İttifaqı Komissiyası Azərbaycanda yeni layihələr həyata keçirəcək
- İKT sektorunda Rumıniya ilə əməkdaşlıq əlaqələri genişləndiriləcək
- İraq şirkətləri Azərbaycan iKT sektoruna sərmayə qoymağa maraqlıdır
- Gələn il İordaniya-Azərbaycan İKT işçi qrupunun iclası keçiriləcək
- Nazir “COMSTECH”-in sədri ilə görüşmüşdür